“Azərbaycanda “Multikulturalizm ili“ elan edilməsi dünyaya bir mesajdır”
Tarix: 12.01.2016 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


“2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsi çox düzgün qərardır”. Bunu “Trend”ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, bu gün dünyanın bir nömrəli problemi məhz tolerantlığın, qarşılıqlı hörmətin, mədəniyyətlərarası dialoqun olmamasıdır: “Bu gün Avropada, Yaxın Şərqdə gedən proseslər onu göstərir ki, dünya sivilizasiyasının bünövrəsini təşkil edən, millətlərarası münasibətlərə çox ciddi təsir göstərən qarşılıqlı hörmət anlayışı, tolerantlıq anlayışı aradan götürülüb, nəinki aradan götürülüb, hətta bir alət kimi istifadə olunur ki, milləti millətə qarşı qaldırsınlar və hansısa problemlər yaratsınlar. Bu nöqteyi-nəzərdən cənab Prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bu proseslərə bir cavabdır. Qoy gəlsinlər və baxsınlar ki, Azərbaycan Parlamentində bütün milli azlıqlar təmsil olunur, Azərbaycanda sünni-şiə problemi yoxdur, Azərbaycanda qarşılıqlı hörmət anlayışı əsasında fəaliyyət göstərən və yaşayan millətlər, insanlar mövcuddur. Mən problemi sözün əsl mənasında Qərbin öz içərisində elan etdiyi dəyərlərin "korroziyaya uğraması"nda görürəm”.
Millət vəkili bildirib ki, Azərbaycanda olan dəyərlər Qərb üçün də, Şərq üçün də vacib və çox əhəmiyyətli nümunədir: “Bu yaxınlarda İran və Səudiyyə Ərəbistanı arasındakı problemi gördük. Bu məsələdə də Azərbaycanın həm İran, həm də Səudiyyə Ərəbistanı ilə müsbət münasibətləri bu problemin aradan qaldırılması üçün çox böyük töhfə vermək imkanına malikdir. Ona görə də Azərbaycanda “Multikulturalizm ili”nin elan olunması, birincisi, dünyaya bir mesajdır, ikincisi, Azərbaycanda insanların, millətlərin, konfessiyaların birgə yaşaması üçün ən əsas düsturdur, üçüncüsü isə Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq. Biz bu gün bağlayıcı, inkişaf etdirici bir amilə çevrilmişik”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info