“İrəvandakı ABŞ səfirliyi yeni şəxslər “verbovka” etmək üçün qrant kampaniyasına start verib”
Tarix: 13.01.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Sergey Şakaryanç: “ABŞ səfirliyinin qrantlarını alan QHT-lər və KİV təmsilçiləri xüsusi qaydada Vaşinqton tərəfindən seçilir və onlar ancaq özlərinə sərf edənlərə maliyyə yardımı ayırırlar. Amerikalılar qrantlarını ancaq “öz adamlarına” ayırırlar”

ABŞ səfirliklərinin elan etdiyi qrant müsabiqələrinin bir çoxunun məqsədi nüfuz agentləri yetişdirməkdir. Birləşmiş Ştatlar qrantları özlərinə yaxın olan QHT təmsilçilərinə verməklə onlardan sonradan öz məqsədləri üçün istifadə edirlər. Ekspertlər hesab edir ki, bu proses “demokratiya uğrunda” devizi altında həyata keçirilir.
Həmin əməliyyatlardan növbətisinə Ermənistanda start verilib. “Verelq.am” saytı xəbər verir ki, gələcək “narıncı inqilablar” üçün nüfuz agentləri yetişdirmək, yeni şəxslər “verbovka” etmək üçün yeni qrant kampaniyasına start verilib. Regional problemlər üzrə ekspert olan politoloq Sergey Şakaryanç sayta bildirib ki, artıq ABŞ-ın İrəvandakı səfirliyində qrantla bağlı elan yerləşdirilib. “Demokratiya üçün komissiyanın kiçik qrantı” adlanan elanda qeyd edilir ki, əsas məqsəd Ermənistanda demokratiyanın inkişafıdır. 5 mindən 24 min dollara qədər nəzərdə tutulan qrantlar QHT-lər və media sahəsi üçün nəzərdə tutulub. Vətəndaş cəmiyyətinin inkişafı, informasiyanın azad yayılması və müstəqil mətbuatın dəstəklənməsi, hökumətin şəffaf fəaliyyəti, hüquqi islahatlar və qanunun aliliyi, münaqişələrin nizamlanması, insan hüquqları, azlıqların hüquqları, vətəndaş təhsili istiqamətlərində layihələr qəbul edilir. Politoloq Sergey Şakaryanç bildirib ki, Ukrayna QHT-lərinə, mətbuatına “Amerika yardımı”nın nə ilə nəticələndiyini hamı gördü: “Sonradan ABŞ səfirliyini kimsə dövlət çevrilişində ittiham etməsin deyə, bu dəfə işlərini bir qədər ehtiyatlı qurmağa çalışırlar. Belə ki, ABŞ səfirliyinin qrant elanında qeyd edilib ki, qrantlar partiyaların siyasi fəaliyyəti üçün istifadə edilə bilməz. Amma kimsə bilmir ki, partiyaların siyasi fəaliyyəti ilə insan hüquqları arasında sərhəd haradan keçir. Bunları bir-birindən ayırmaq mümkün deyil. Guya əsas məqsədləri cəmiyyətin informasiya ilə təmin edilməsidir və əsas üstünlük partiyasızlara veriləcək”. Ekspert qeyd edib ki, ABŞ səfirliyinin qrantlarını alan QHT-lər və KİV təmsilçiləri xüsusi qaydada Vaşinqton tərəfindən seçilir və onlar ancaq özlərinə sərf edənlərə maliyyə yardımı ayırırlar: “Amerikalılar qrantlarını ancaq “öz adamlarına” ayırırlar. Amma burada bir məqam da diqqət çəkir ki, amerikalıların kiçik qrantlarını paylaşdıran Moskvanın Amerikayönülmü konsaltinq agentliyi olan “Development Solutions” QHT-sidir. Deməli, burada əsas üstünlük rusdilli ermənilərə veriləcək. Çünki elanda qeyd edilir ki, kiçik qrantlar ancaq və ancaq Ermənistan vətəndaşları üçün nəzərdə tutulub və ABŞ və üçüncü ölkə vətəndaşlarına aid deyil. ABŞ-ın “moskvalı köməkçiləri” isə qrantın məqsədi ilə bağlı bir qədər geniş açıqlama veriblər. Onlar bildiriblər ki, prioritet istiqamətlər korrupsiyaya qarşı geniş mübarizə məqsədi ilə KİV və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq, əhalinin sosial cəhətdən aztəminatlı hissəsinin hüquqlarının qorunması, qadınların qərarların qəbulu prosesinə cəlb edilməsi, vətəndaş cəmiyyətinin inkişafı, Ermənistan KİV-ində plüralizmin və müstəqilliyin dəstəklənməsi, Azərbaycan, Türkiyə və Ermənistan əhalisi arasında barışıq və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi olacaq. Elə bu istiqamətlərdən aydın görünür ki, Vaşinqton və İrəvandakı ABŞ səfirliyi “münaqişənin həllinə” hansı istiqamətdən yanaşır. Onların demokratik institutların inkişafı adı altında gizlətdikləri əsas məqsəd Ermənistanın Azərbaycan və Türkiyə qarşısında tam təslim olması və ermənilərin alçaldılması ideyasını ölkə daxilində təbliğ etməkdir. Bu prosesə “Moskvadan olan uşaqları” da daxil etməklə belə rəy yaratmağa çalışırlar ki, “heç bir antirus” fəaliyyəti yoxdur və əsas məqsəd guya Ermənistanda demokratiyanın inkişafıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info