Beynəlxalq təşkilatlara sevdalı müxalifətimiz
Tarix: 19.02.2013 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


“Sosial şəbəkələrdə müxalifətdə olan gənclər
milli məsələlərdə passivdir”


Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra insan hüquqlarının təminatına yönümlü, keyfiyyətcə tamamilə yeni qanunvericilik sistemi təsbit olunub. Bütün normativ baza yeniləşdirilib. Eyni zamanda beynəlxalq hüququn prinsiplərinin prioritetliyi nəzərə alınaraq, yeni cəmiyyətdə insan hüquqları sisteminin yeni kriteriyaları müəyyənləşdirilib.
Dövlət müstəqilliyinin əldə olunmasından keçən illər ərzində, Azərbaycanda qanunvericilik sisteminin beynəlxalq hüquq məkanına inteqrasiyası istiqamətində aparılan fəaliyyət ardıcıl olaraq davam edir və etməkdədir. Bu gün Azərbaycanda fərdi, ictimai və dövlət maraqlarının optimal balansını ən yaxın gələcəkdə də təmin edə bilən, insan hüquq və azadlıqlarının reallaşdırılmasının dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur. Lakin Azərbaycanda bu inkişafı görməyən “Freedom House”, “Amnesty İnternational” təşkilatları, eləcə də bu qəbildən olan digər beynəlxalq təşkilatların qərəzli münasibətləri, hesabatları Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq qəbul olunmur. Hətta iş o yerə çatıb ki, həmin təşkilatlar cinayət törətmiş, törətdiyi cinayətə görə qanunla həbs olunmuş şəxsləri belə müdafiə etməkdən çəkinmirlər. Eyni zamanda bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan dövləti tərəfindən işğal olunub, uzun müddət aparılan danışıqlar nəticə verməyib və bu gün işğal faktı davam etməkdədir. Belə olan halda, işğalçı Ermənistan dövlətinə qarşı heç bir cəza tədbiri görməyən, işğal əməlindən geri çəkindirməyən bu təşkilatların fəaliyyətlərinin obyektivliyinə şübhə ilə yanaşmamaq olmur.
Bu kimi beynəlxalq təşkilatların Azərbaycan haqqında yalan, böhtan məlumatları yaymasının əsas səbəbi onların birtərəfli mənbələrdən istifadə etməsidir. Azərbaycandakı inkişafı görmək istəməyən müxalifət KİV-ləri beynəlxalq təşkilatları da öz yalanlarına inandırıblar. Çünki əksər hallarda onların təqdim etdiyi məlumatlar yalnız eyni mənbəyə, həmçinin müxalif mövqedən çıxış edən KİV-lərin informasiyalarına istinad edilərək verilir. Bu da öz növbəsində adıçəkilən beynəlxalq təşkilatların hesabatının obyektivliyini şübhə altına alır. Bu halda obyektiv və qərəzsiz araşdırma və tədqiqat aparılmasının prinsip və meyarları pozulmuş sayılır. Digər tərəfdən də müxalif KİV-lər bu hesabatları “böyük sevinclə” tirajlayırlar. Belə olanda da ölkəmizin inkişafından məmnun olmayan müxalif dünya hegemonlarının sifarişçisinə çevrilirlər.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova bizimlə söhbətində dedi ki, Azərbaycan müxalifətinin imkanı olsa, “Freedom House” və “Human Rights”ı BMT-dən daha ciddi qurum elan edərdi. AGAT sədri bunu müxtəlif səbəblərlə əlaqələndirir: “Əvvəla, ölkəmizə qarşı mənfi hesabat hazırlayan təşkilatlar informasiyanı müxalifət düşərgəsindən alırlar. Bu da öz növbəsində birtərəfli və qeyri-dəqiq hesabatların meydana çıxmasına səbəb olur. Biz Avropa ilə intensiv işləyirik. Müxalif düşərgə elə bir ab-hava yaratmağa çalışır ki, guya bütün beynəlxalq təşkilatlar Azərbaycanı tənqid etmək, qaralamaqla məşğuldur. BMT insan inkişafı indeksinə görə, Azərbaycan 37 pillə irəliləyib və MDB dövlətləri arasında ilk üçlükdə qərarlaşıb. Müxalif düşərgə bunu niyə ictimailəşdirmir? Çünki bu, onlara sərf etməyən bir hesabatdır”.
Onun fikrincə, müxalifətin “diplomatik qələbə” kimi təqdim etdiyi hesabatların müəllifi olan beynəlxalq təşkilatlar BMT-nin yanında çox kiçik və əhəmiyyətsiz təşkilatlardır: “Digər yandan Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edən beynəlxalq təşkilatların hesabatına da müxalifət düşərgəsi soyuqqanlı yanaşır. Bütün bunlar bir daha göstərir ki, müxalifətə ölkənin gələcəyi yox, sadəcə hakimiyyətə təzyiq etmək üçün bir bəhanə lazımdır”.
G.Səfərovaya görə, sosial şəbəkələrdə müxalifətdə olan gənclər milli məsələlərdə passivdir.
Azərbaycan müxalifəti belə beynəlxalq təşkilatlara sevdalıdır. Lakin hər zaman “demokratiya” deyərək beynəlxalq təşkilatların quluna çevrilən müxalifətimiz elə ona dəstək verən bu təşkilatlar tərəfindən atılmış vəziyyətdə qalıb. Daha doğrusu, müxalifət özü-özünü bu və ya digər Qərb təşkilatları qarşısında dəyərsiz vəziyyətə salıb. Belə desək, özlərini Qərbə bir-iki minlik qrantlara satıblar.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info