“Süni qiymət artımına görə sərt cəza tədbirləri görülməlidir”
Tarix: 13.01.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


“Hüquq-mühafizə orqanlarının bu məsələlərlə bağlı ciddi tədbirlər həyata keçirməsi istehlakçıların maraqlarını qorumaq üçün çox
faydalıdır”


“Azərbaycanda istehsal olunan, xarici bazardan asılı olmayan, heç bir xarici valyuta ilə tənzimlənməyən məhsulların qiymətlərinin süni şəkildə şişirdilməsi öz xalqına qarşı laqeyd, biganə münasibətdən irəli gəlir”.
Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni qiymət artımı ilə bağlı fikirlərini və bunun qarşısını almaq üçün verdiyi tapşırıqları şərh edərkən deyib. M.İbrahimqızı deyib ki, Prezident İlham Əliyev son vaxtlar manatın devalvasiyası ilə əlaqədar ayrı-ayrı şəxslərin süni qiymət artımına çox kəskin münasibətini bildirdi: “Dövlət başçısı möhtəkirlik, qiymət şişirdilməsinin qarşısının alınması ilə bağlı çox ciddi tapşırıqlar verdi. Mənim seçicilərim də bu tapşırıqları müsbət qarşılayır. Nazirlər Kabinetinin sonuncu iclası bizim hər birimizin üzərində daha ciddi məsuliyyət qoyur”. M.İbrahimqızı vurğulayıb ki, süni qiymət artımı ilə məşğul olan insanlara qarşı sərt cəza tədbirləri görülməlidir ki, bunun qarşısı alınsın. Milli Məclisin deputatı Zahid Oruc isə qeyd edib ki, heç bir əsas olmadan istənilən qiyməti diktə etmək, vətəndaşları fakt qarşısında qoymaq soyğunçuluğun bir növüdür. Z.Oruc bildirib ki, hüquq-mühafizə orqanlarının bu məsələlərlə bağlı ciddi tədbirlər həyata keçirməsi istehlakçıların maraqlarını qorumaq üçün çox faydalıdır: “Bu, eyni zamanda, bazarın digər iştirakçılarına da bir siqnal verəcək ki, belə addımlar atmasınlar". Z.Oruc bildirib ki, bazarda məhsulların qiyməti əsassız olaraq süni yolla artırılır: “Qiymət artımı nə ilə bağlı ola bilərdi? Hər bir məhsulun maya dəyərinə daxil olan dollar kütləsi ilə. Bu, 50-60 faiz çəkidədirmi ki, malların qiymətini devalvasiya faizi qədər qaldırırlar?" Deputat əlavə edib ki, Azərbaycanda daxili bazarda elə böyük sayda məhsullar var ki, onların maya dəyərində əsas çəkini daxildəki xammal təşkil edir: “Belə olan tədqirdə bu məhsulların qiymətinin 60, 70, 80 faiz qaldırılması bazarda digər məhsulların rəqabət imkanını məhdudlaşdırmaq, süni qiymət artımı ilə əlavə pul qazanmaq və s. ilə bağlıdır. Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət göstərdi və çox mühüm tapşırıqlar verdi. Əminəm ki, bu məsələnin bir neçə istiqamətdə həlli baş verəcək".




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq
17.02.2019
Rusiyalı deputat çeçenlərlə yaşanmış insidenti şərh etdi
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info