İxrac potensialı kənd təsərrüfatının hesabına gücləndirilir
Tarix: 13.01.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Rusiyada Azərbaycan məhsullarına indi daha çox tələbat var. Ərzaq məhsullarının Qazaxıstana ixrac olunmasına başlanılacaq. Yaxın Şərq ölkələri də Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə maraqlanır”

Prezident Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vurğulayıb ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da dərinləşməli, və özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik. Dövlət başçısı bu sahənin hesabına ixrac potensialının artırılmasını qarşıya vəzifə qoyub: “Gələcəkdə Azərbaycanın neft və qazdan başqa, əsas ixrac məhsulları kənd təsərrüfatı məhsullarıdır.
Rusiyada Azərbaycan məhsullarına indi daha çox tələbat var. Ərzaq məhsullarının Qazaxıstana ixrac olunmasına başlanılacaq. Yaxın Şərq ölkələri də Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə maraqlanırlar”. İclasda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, ötən il qlobal miqyasda büdcə xərclərinə qənaət rejiminin tətbiq olunması fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yadda qalıb. Nazir bildirib ki, bu məqsədlə “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub. Nəticədə bir il ərzində 4100 nəfər texnika istifadəçisi yerlərdə “ASAN xidmət” prinsipi ilə 50 milyon manatadək güzəşt əldə edib. Bu isə onların həmin sahəyə investisiya imkanlarını xeyli artırıb. Sabit büdcə ayırmaları, yığımın kəskin şəkildə artırılması və dövriyyənin sürətləndirilməsi hesabına son 2 ildə əsasən Avropa istehsalı olan 6900-dən çox kənd təsərrüfatı texnikası alınaraq lizinqə verilib ki, bu göstərici də ASC-nin yarandığı tarixdən gətirilən texnikaların 62 faizini təşkil edir. Fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə 50 manatdan 80 manata qaldırılıb ki, bunun nəticəsində də əvvəlki illərlə müqayisədə ölkəyə gətirilən gübrənin həcmi 85 min tondan 150 min tona çatdırılmaqla, inkişaf etmiş dövlətlərdəki səviyyəyə uyğunlaşmaq üçün ciddi addım atılıb. Yanacaq və motor yağlarına görə verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50 manata yüksəldilib. Bununla da həmin məqsədlə büdcədən verilən subsidiyanın həcmi 22 faiz artırılıb. Cari mövsümdən etibarən verilən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi qərara alınıb ki, bu tədbirin icrası ölkədə yem təminatının gücləndirilməsində xüsusi rol oynayacaq. Cari ildən etibarən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək ki, bu dəstək ənənəvi olaraq tətbiq edilən və torpaqların deqradasiyasına, şoranlaşmasına səbəb olan selləmə üsulu ilə suvarma metodundan su resurslarına qənaət edən müasir suvarma üsullarına keçid üçün mühüm rol oynayacaq. Məhsul istehsalçılarını keyfiyyətli, potensial məhsuldarlığı yüksək toxumlarla təmin etmək üçün Dövlət Taxıl Fondu yaradılıb. Bu da ölkədə toxumçuluğun inkişafının səmərəli tənzimlənməsinə, bitkiçilik sahəsində məhsuldarlığın yüksəldilməsinə hədəflənib. Heydər Əsədov, həmçinin vurğulayıb ki, süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib. Bu dövlət dəstəyinin tətbiqi yüksək məhsuldar, genetik potensialı olan heyvanların baş sayının artırılmasına və sözügedən sahəyə marağın gücləndirilməsinə, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına çox mühüm töhfə verəcək.
Kənd təsərrüfatının inkişafı müasir metodlar müstəvisinə keçirilib. Aqrar sahədə müasir biznes texnologiyası olan aqroparkların yaradılması ilə bağlı praktiki addımlar atılaraq, Şəmkir və Yalama aqroparklarının tikintisinə, habelə Xızı aqroparkında müxtəlif təyinatlı təsərrüfatların yaradılmasına başlanılıb. Ölkədə intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində son iki ildə 9500 başdan çox iribuynuzlu damazlıq heyvan gətirilərək güzəştli lizinq şərtləri ilə fermerlərə satılıb ki, bu da əvvəlki illərdə bu məqsədlə gətirilmiş heyvanların 110 faizinə bərabərdir. İntensiv ailə fermer modeli layihəsi çərçivəsində pilot olaraq seçilmiş Ağcabədi, Bərdə və İmişli rayonlarında müvafiq pay torpaqlarına malik layihə tərəfdaşı kimi seçilmiş 69 ailəyə güzəştli kredit hesabına 516 baş “Simmental” cinsli qara malın lizinq yolu ilə verilməsinə başlanılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info