“İşbazların süni qiymət artımına nəzarət getdikcə güclənməlidir”
Tarix: 13.01.2016 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


"Prezident İlham Əliyevin vurğuladığı kimi xalqın maraqları hər şeydən üstün olmalıdır. Ondan üstün heç nə ola bilməz. Prezident İlham Əliyev xalqın elçisi, xalq tərəfindən seçilən bir insandır. Hökumətdəkilər isə hamısı təyin edilən şəxslərdir. Xalqın etimadını qazanan adamın verdiyi tapşırıqlar, göstərdiyi istiqamətlər müzakirə olunmayan məsələlərdəndir. Artıq ölkə başçısı tapşırıqlarını verib, siyasi mövqeyini ortaya qoyub. Bu mövqe xalqın fikrinə əsaslanaraq ortaya qoyulub və verilən tapşırıqların da hamısı məmurlar tərəfindən vicdanla, insafla, xalqı nəzərə alaraq dərhal icra olunmalıdır. Prezidentin tapşırıqlarını yerinə yetirməyənlər bilməlidirlər ki, əks təqdirdə buna görə qanunayğun şəkildə cavab verməli olacaqlar".
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər və qoyduğu tapşırıqlara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də insanları, cəmiyyəti narahat edən məsələləri, hökumətin görməli olduğu işləri sadaladı və bu sahədə hökumət üzvlərinin hansı addımları atmalı olduğunu, istiqamətləri çox dəqiq göstərdi: "Təbii ki, son zamanlar bütün dünyada baş verən iqtisadi və maliyyə böhranı Azərbaycana da öz təsirini göstərdi. Bu proseslərin hər yerdə olduğu kimi Azərbaycanda da müəyyən fəsadları var. İndi hökumət üzvləri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında müəyyən istiqamətlər üzrə qoyduğu tapşırıqları həyata keçirməlidirlər. Əvvəla, hökumət süni bahalaşmanın qarşısının alınması istiqamətində tədbirlər görməlidir. Dövlət başçısı xüsusi vurğuladı ki, bu məsələdə təkcə cərimələrlə kifayətlənmək olmaz, hüquq-mühafizə orqanları çox ciddi tədbirlər görməlidirlər. Eyni zamanda, hökumət tərəfindən işbazların vətəndaşların hesabına süni qiymət artımından varlanmasına çox ciddi nəzarət olunmalı və bu nəzarət getdikcə güclənməlidir".
Komitə sədrinin sözlərinə görə, bəzi insanlar bu şəraitdən sui-istifadə edərək öz məqsədlərinə nail olmaq üçün müəyyən dividentlər qazanmaq istəyirlər: "Azərbaycan xalqı birmənalı olaraq bilir ki, bu gün dövlət başçısı bütün lazımi addımları atır və tapşırıqları verir, hökumət üzvləri də gündəlik olaraq bu məsələlələrin həlli ilə məşğuldur".
F.Muradovun fikrincə, növbəti istiqamət yeni iş yerlərinin açılması ilə bağlıdır: "Prezident İlham Əliyev son illər neft gəlirlərini düzgün istiqamətləndirərək yeni iş yerlərinin açılması məqsədilə ciddi proqramlar imzalayıb. Azərbaycanda kifayət qədər dövlət qurumu var ki, bu illər ərzində neft gəlirlərindən bəhrələnərək müəyyən işlər görüblər. Bu, eyni zamanda yeni iş yerlərinin də açılmasına stimul olub. Dövlət başçısı bəyan etdi ki, hökumət bu gün sosial baxımdan zəif təbəqəni qorumalıdır. Dövlət qurumlarını Prezident İlham Əliyevin göstərdiyi istiqaməti dərindən təhlil etməyə çağırıram. Dövlət başçısı vurğuladı ki, yerli icra strukturları yeni sənaye parkları, yeni iş yerlərinin açılması məsələlərinə çox ciddi yanaşmalı, bunu dövlətin əsas siyasi prioriteti kimi qəbul etməlidirlər. İnsanlar əmin olmalıdırlar ki, dövlət başçısının bu istiqamətdə atdığı addımların hər biri onların rifahının daha da yaxşılaşdırılması üçündür. Təbii ki, heç də asan dövr deyil. Buna baxmayaraq, dövlət büdcəsində sosial istiqamət üzrə geriləmə yoxdur. Dövlət bütün öhdəlikləri həyata keçirir".
Onun fikrincə, bu məsələdə əhali də aktiv olmalıdır: "Əhali də öz dəstəyini göstərməlidir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ictimai nəzarət çox güclü olmalıdır. Cəmiyyət hər hansı nöqsan və ya qanunsuzluqla bağlı dərhal reaksiya verməlidir. Biz də millət vəkili olaraq bu istiqamətdə öz işimizi görməli, fikirlərimizi bildirməliyik. Dövlət Azərbaycanda bu günədək olan sosial rifah, yüksəlişi qoruyub saxlamaq marağındadır və bununla bağlı işlər də görülür. Sadəcə olaraq, dünyada gedən ümumi proseslər, neftin qiyməti ilə bağlı məsələlər öz təsirini göstərir. Amma vəziyyət o dərəcədə deyil ki, təşvişə səbəb olsun. Buna lüzum və səbəb yoxdur. Əminəm ki, bu istiqamətdə dövlət başçısının hüquq-mühafizə orqanları qarşısında qoyduğu tapşırıqlar öz nəticəsini verəcək. Xüsusən regionlarda icra hakimiyyətləri anlamalıdırlar ki, indi hər birimiz hansısa şəxsi maraqlarımızı yox, cəmiyyət olaraq birlikdə vəziyyətdən çıxmaq və dövlətçiliyimizi qorumaq barədə düşünməliyik. Azərbaycanın müstəqilliyindən vacib heç nə yoxdur. Bu müstəqilliyin qorunması isə Prezident İlham Əliyevin qoyduğu tapşırıqların icrasından, görülən işlərdən asılıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info