“Prezident Azərbaycanın multikultural ənənələr yaşadıcısı olduğunu bir daha göstərdi”
Tarix: 13.01.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etməklə Azərbaycanın multikultural ənənələr yaşadıcısı, müəyyənləşdiricisi olduğunu bir daha göstərdi və Azərbaycanın başqa xalqlara, millətlərə də bu istiqamətdə yardım göstərmək imkanlarını vurğuladı”. Bunu “Trend”ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu gün dünyada multikulturalizm sahəsində çox ciddi böhran yaşanır, sivilizasiyalararası, dinlərarası, millətlərarası problemlər getdikcə kəskinləşir, müharibə ocaqları xeyli sayda artıb, milyonlarla insan öz yaşadıqları mühiti tərk etməli olur, mədəniyyətlərindən ayrı düşür, onlara tamamilə yad mədəniyyətlərlə, mühitlə üzləşir ki, bu da onların həyatlarında, eyni zamanda getdikləri ölkələrdə ciddi problemlər yaradır:
“Bu gün o qədər ciddi kataklizimlərlə dolu qarışıq bir dövrdə yaşayırıq ki, belə bir məqamda Azərbaycanın tolerant bir mühitə, cəmiyyətə malik olması və bunun dünya ictimaiyyətinə təqdim edilməsi işinin yüksək səviyyədə təşkil edilməsinin özü ötən ilin ən yadda qalan hadisələrindən biri olub. Bu baxımdan təsadüfi deyil ki, cənab Prezident bu ili “Multikulturalizm ili” elan etdi. Azərbaycan bu gün beynəlxalq aləmdə özünəməxsus milli etnik, ictimai-siyasi mühiti baxımından seçilir və hesab edirəm ki, biz bu il də, qarşıdakı ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info