İşğal altındakı şəhərlərimizlə imzalanan “xartiyalar” ləğv ediləcək
Tarix: 13.01.2016 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Bir müddət əvvəl Ermənistan kütləvi informasiya vasitələrində Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal altında olan şəhərləri ilə “qardaşlaşması” və əməkdaşlıq haqqında “sənədlər” imzalanması haqqında məlumatlar verilmişdi.
AZƏRTAC-ın Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bununla əlaqədar nə kimi tədbirlər görülməsinə ilə bağlı sualını nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cavablandırıb.
H.Hacıyev bildirib ki, qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyanın 2015-ci il mayın 17-19-da Fransaya səfəri və bu səfər zamanı Fransanın vilayət və şəhərləri ilə “əməkdaşlıq xartiyası”nın imzalanması ilə əlaqədar Xarici İşlər Nazirliyinin təlimatı əsasında Fransadakı səfirliyimiz tərəfindən davamlı fəaliyyət həyata keçirilir. Aparılan işin nəticəsində Fransa hökuməti tərəfindən rəsmi cavab addımı kimi xarici işlər və daxili işlər nazirləri səviyyəsində yerli prefekturalar və ali komissarlara iyulun 2-də sirkulyar təlimat göndərilib. Yerli özünüidarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edən həmin sənəddə mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma “Dağlıq Qarabağ rejimi” ilə beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulub. Həmçinin artıq imzalanmış qeyri-qanuni “əməkdaşlıq xartiyaları”nın ləğvi istiqamətində hüquqi müstəvidə zəruri addımların atılması davam etdirilir. Belə ki, səfirliyin əməkdaşlıq etdiyi vəkil tərəfindən Azərbaycanın işğal altında olan şəhərləri ilə qeyri-qanuni sənədlər imzalamış Fransa şəhərlərinin yerləşdiyi vilayətlərin prefektlərinə müvafiq sorğular göndərilib və Fransanın mövcud qanunlarına əsaslanaraq, imzalanmış qeyri-qanuni sənədlərin ləğv edilməsi məqsədilə onların İnzibati Məhkəməyə təqdim edilməsi məsələsi qaldırılıb. Sorğuya cavab olaraq, Drom vilayətinin prefekti Didye Loqa bu günədək nə “Valans və “Stepanakert” (Xankəndi) şəhərləri arasında dostluq xartiyası” və “Burq-Le-Valans və Şuşa şəhərləri arasında dostluq xartiyası” sənədinin, nə də belə bir sənədlərin imzalanmasına icazə verən hər hansı məlumatın ona təqdim edilmədiyini vurğulayıb və bu səbəbdən də sözügedən sənədin qüvvəyə minmədiyini və beləliklə də onun icra edilmə imkanının olmadığını bildirib.
Prefekt Valans şəhəri tərəfindən sözügedən “dostluq xartiyaları”nın və ya ondan irəli gələn hər hansı sənədin ona təqdim ediləcəyi təqdirdə həmin sənədlərin ləğv edilməsi üçün onu dərhal İnzibati Məhkəməyə təqdim edəcəyini bildirib.
Göründüyü kimi, Ermənistanın Fransada olan erməni lobbi dairələri və onların təsiri altında olan bəzi şəxslər Fransanın qanunlarını və beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini pozmaqdan belə çəkinməyərək Fransanın rəsmi dövlət siyasətinə qarşı fəaliyyət aparırlar.
Bir daha bildirmək istərdik ki, ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş ərazilərində həyata keçirilən hər bir qeyri-qanuni fəaliyyət Xarici İşlər Nazirliyi tərəfindən dərhal ciddi nəzarətə götürülür və araşdırılır. Burada hər hansı dövlətin hüquqi və fiziki şəxslərinin fəaliyyəti müəyyən edildiyi halda isə aidiyyəti diplomatik nümayəndəliklərimizə təlimat verilir və həmin ölkə qarşısında bu məsələ qaldırılır, zəruri diplomatik və hüquqi addımlar atılır.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info