OPEK-in strategiyası neftin qiymətinin artmasına səbəb olacaq
Tarix: 13.01.2016 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazrui bildirib ki, dünya neft bazarında OPEK-in strategiyası özünü doğruldur. Əmirliyin kütləvi informasiya vasitələrində verilən məlumata görə, bu strategiya sonda neftə tələbatın və onun qiymətinin artmasına səbəb olacaq.
Nazirin bəyanatlarından bəlli olur ki, 2015-ci ildə neftə tələbat gözlənildiyindən daha artıq olub. Nazir deyib: “Bu o deməkdir ki, neftin qiyməti aşağı olanda ona tələbat daha yüksək olur”.
Əl-Mazruinin fikrincə, Neft İstehsal və İxrac edən Ölkələr Təşkilatı (OPEK) neftin qiymətinin azalmasına cavab olaraq hasilatı azaltmayıb. Bu strategiya sayəsində təklif artımı məhdudlaşdırılıb və bu əsaslı dəyişiklik dünya neft bazarında tarazlıq yaranmasına imkan verəcək. Nazir deyib: “Əgər biz hər hansı süni tədbirlər görməyə çalışsaq, onun nəticəsi davamlı olmayacaq”.
Əl-Mazruinin sözlərinə görə, dünya neft bazarında fundamental göstəricilər 2016-cı ilin sonuna qədər neftin qiymətinin artmağa başlayacağına dəlalət edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info