“Ermənistanla bərabər, Dağlıq Qarabağın erməni icması da Sərkisyan rejimindən narazıdır”
Tarix: 13.01.2016 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Arzu Nağıyev: “Ermənistan rəhbərliyi münaqişənin həllinin uzadılmasında maraqlıdır, Sərkisyan və onun komandası maksimal dərəcədə hakimiyyətdə qalmağa çalışacaqlar”

Ötən il Azərbaycanın hərbi potensialı nəzərəçarpacaq dərəcədə möhkəmləndi. Təəssüf ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş də olmadı.
Buna əsas səbəb kimi isə işğalçı Ermənistana heç bir ciddi təzyiqin göstərilməməsi, status-kvonun dəyişdirilməsi üçün konkret addım atılmamasını göstərmək olar. Məlumdur ki, status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir.
Amma bu il də Azərbaycan bütün imkanlardan, siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edərək, döyüş potensialını gücləndirərək münaqişənin həllini yaxınlaşdıracağı bəllidir. Yola saldığımız ildə təmas xəttində Azərbaycanın tam üstünlüyü təmin etməsini və öz iradəsini diktə etməsini nəzərə alsaq, Azərbaycanın bu il bütün imkanlardan istifadə edərək münaqişənin həllini yaxınlaşdıracağını deyə bilərik.
Bu məsələ ilə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı da fikirlər səsləndirdi. O dedi ki, Ermənistan sülh istəmir. Status-kvonu mümkün qədər çox saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur. Dövlət başçısı vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir:
“Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik və Minsk qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir”.
Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən siyasi şərhçi Arzu Nağıyev
Ermənistana ciddi təzyiqin göstərilməməsinin arzuolunmaz hal saydı: “2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu təbii ki, deklorativ bəyanatlardan o yana keçmədi. Məhz buna görə də Azərbaycanın münaqişənin həlli üçün və ümumiyyətlə, ərazi bütövlüyünün vacibliyini nəzərə alaraq əsas xətt kimi təcavüzkarı sülh masasına əyləşdirmək məqsədilə güc nümayiş etdirmək və ermənilər tərəfindən edilən təxribatlar və atəşkəsin qarşısının alınması üçün ordu quruculuğuna daha çox önəm verdi. Bu, eyni zamanda regionda gedən proseslərlə, Rusiya-Türkiyə gərginliyi fonunda da vacib və zəruri idi. Bu da öz effektini verdi və ermənilər artıq Azərbaycanla güc variantından vaz keçirlər, əsasən Rusiyanın Ermənistan ərazilərində dislokasiya edilən 102 saylı briqadasının və ya İrəbuni aerodromundakı hərbi-hava qüvvələrinin münaqişəyə qoşulmasına çalışdılar”.
Arzu Nağıyev deyir ki, ötən il işğalçı dövlətdə saxta referendumun da keçirilməsi təsadüfi deyildi: “Təbii ki, ermənilər onların xeyrinə olan status-kvonun saxlanması üçün KTMT-nin üzvü olduqlarını qabartmağa başladılar və hətta, Bern görüşünə qədər konstitusiyada dəyişiklik etmək və bununla da Sərkisyanın cavabdehliyini və məsuliyyətini azaltmaq üçün saxta bir referendum da keçirdilər. Məhz buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ konfliktinə və ötən ilin dekabrında Berndə Ermənistan prezidenti Serj Sərkisyanla görüşünə toxunarkən danışıqlarından pozitiv nəticə gözləyənlərin ehtimallarının üstündən xətt çəkib. Bir daha qeyd etmək istərdim ki, Ermənistan rəhbərliyi təbii ki, münaqişənin həllinin uzadılmasında maraqlıdır, Sərkisyan və onun komandası səhra komandirlərindən təşkil edilən cinayətkar dəstədirlər və Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə yiyələniblər. Məhz buna görə də onlar maksimal dərəcədə hakimiyyətdə qalmağa çalışacaqlar və təbii ki, buna onların havadarları da imkan yaradır”.
Siyasi şərhçi deyir ki, bu gün artıq Ermənistanla bərabər, Dağlıq Qarabağın erməni icması da Sərkisyan rejimindən narazıdır. Bu baxımdan 2015-ci ildə münaqişənin həllində bütün rıçaqlardan istifadə edilsə, Azərbaycan üçün müəyyən müsbət imkanlar yarana bilər: “Təbii ki, belə olan halda Sərkisyan və onun komandası aqressivlik nümayiş etdirəcək. Eyni zamanda Londonda keçirilməsi nəzərdə tutulan görüşün gedişi və əldə edilən nəticələr də müəyyən proqnozlara imkan verəcək”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info