Furkan Kaya: “Bakı-Tiflis-Ceyhan kəməri Türkiyənin geosiyasi mövqeyini gücləndirib”
Tarix: 19.02.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


“Türkiyə uzunmüddətli enerji strategiyaları hazırlamaladır”

Əlverişli geosiyasi mövqeyə malik olan Türkiyə enerji daşıyıcılarının Qərbə çatdırılmasında əsas tranzit dövlətə çevrilib. Soyuq müharibə başa çatandan, SSRİ dağılandan sonra böyük güclər arasında enerji məsələsi əsas mübarizə meydanına çevrildiyindən Türkiyənin əhəmiyyəti daha da artıb.
Türk ekspert Furkan Kayanın “Beynəlxalq Siyasət Akademiyası”nda dərc edilən şərhində bildirilir ki, Mərkəzi Asiya və Xəzər hövzəsinin enerji ehtiyatlarının Qərbə ixracı bu dövrdə yaranmış əsas mübahisəli məsələlərdən olub. Regionun enerji ehtiyatları ilə bağlı məsələ ortaya “yeni böyük siyasət oyunu” strategiyasını çıxarıb. Müəllif məqaləsində qeyd edir ki, Türkiyə enerji hövzələri ilə əhatələnmiş dövlətdir. Belə ki, şimalda neft və qazla zəngin Rusiya, cənubda böyük ehtiyatları olan Yaxın Şərq, şərqdə isə zəngin enerji ehtiyatlarına malik olan Xəzər hövzəsi və Mərkəzi Asiya yerləşir. Məqalədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğludan sitat gətirilərək bildirilir ki, real vəziyyət elədir ki, beynəlxalq güclər region siyasətlərini Türkiyəsiz həyata keçirə bilməzlər. Müəllif bildirir ki, enerji məsələsi bir çox coğrafi regionları Türkiyə vasitəsilə birləşdirir. Qərbin enerji təminatında Türkiyənin rolunun artması Avropa Parlamentinin hazırladığı hesabatda da qeyd edilib. Həmin hesabatda vurğulanır ki, Rusiya, Xəzər dənizi və Yaxın Şərqdən enerji ehtiyatlarının Qərbə çatdırılmasında Türkiyənin rolu çox artıb, bu isə Avropa İttifaqının gözündə Ankaranın strateji əhəmiyyətini daha da artırmış olur: “Eyni zamanda Türkiyə Yaxın Şərqlə Avropa İttifaqı arasında əlaqəni təmin edəcək ki, bu da Türkiyəni Aralıq dənizi ölkələri arasında vacib oyunçu kimi irəli çıxarır”. Müəllif bildirir ki, dünyanın əksər neft-qaz ehtiyatları Türkiyənin ətrafındakı dövlətlərdə yerləşib. Dünyada, o cümlədən Avropada enerjiyə artan tələbat bütün diqqətləri Xəzər hövzəsinə və Mərkəzi Asiyaya yönəldib: “Soyuq müharibə başa çatandan sonra Xəzərin enerji ehtiyatları dünya siyasətinin bir nömrəli gündəm məsələsinə çevrilmişdi. Bəzi rus ekspertlərinin hesablamalarına görə, Xəzərin neft ehtiyatı 7 milyard ton və ya 50 milyard barrel təşkil edir. Mərkəzi Asiya dövlətlərinin qaz ehtiyatlarını da bura əlavə etsək, belə məlum olur ki, Xəzərin ehtiyatlarının həcmi Şimali Amerika, Avropa, Mərkəzi və Cənubi Amerikanın ehtiyatlarını üstələyir. Enerji təhlükəsizliyi baxımından Mərkəzi Asiya Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”. Müəllif yazır ki, Türkiyə bir tərəfdən həmin bölgələrdən enerji ehtiyatlarının ixracı üçün tranzit imkanı yaradır, digər tərəfdən boru xətlərinin çəkilməsində ciddi maneələrlə qarşılaşır. Təbii qaza olan tələbatının 50 faizini Rusiya və İran vasitəsilə ödəyən Türkiyənin Tehrandan qaz alması ABŞ-ın xoşuna gəlmir. Ona görə də Ankara Tehrandan aldığı qazın miqdarını azaltmağa məcburdur. Yazıda vurğulanır ki, enerji ehtiyatlarına malik olan dövlətlər və ixrac kəmərlərinin keçdiyi ölkələr bir-birinə sıx bağlı olur. Bu ölkələrin birində baş vermiş problem enerji dəhlizində yerləşən digər dövlətə siyasi-iqtisadi-milli mənada təhlükə yaradır. Yazıda qeyd edilir ki, Türkiyə Avrasiyanın enerji geosiyasətində kifayət qədər aktiv rol almalıdır. Avropa İtifaqı da onların enerji təminatında mühüm rol oynayan Türkiyəyə lazım olan dəstəyi göstərməlidir: “Digər məsələ Türkiyənin Xəzərin hüquq statusunun müəyyənləşməsindəki potensial rolu ilə bağlıdır. Bir çox enerji kəmərləri Türkiyədən keçməklə Avropaya istiqamətlənib. Artıq 30 ildən çoxdur ki, Kərkük-Yumurtalıq xətti ilə neft daşınır. 2002-ci ildə İran-Türkiyə qaz kəmərinin işə düşməsindən sonra Ankara Rusiyadan olan asılılığını azaltmağa çalışdı. Enerji xətləri arasında Azərbaycan neftini Aralıq dənizi ölkələrinə daşıyan Bakı-Tiflis-Ceyhan boru kəmərinin də böyük əhəmiyyəti var. Bu kəmər Türkiyənin geosiyasi mövqeyini artıraraq ölkənin “enerji terminalı” statusunu almasına imkan yaradıb. Proseslər göstərir ki, Türkiyə uzunmüddətli enerji strategiyaları hazırlamaladır”.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info