“Ermənistan iqtisadiyyatı məhv olacaq”
Tarix: 14.01.2016 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


“Tam əminliklə deyə bilərəm ki, bu il Ermənistan bir çox ağır sosial problemlərlə üz-üzə qalacaq”

“Mən belə düşünürəm ki, Ermənistandakı sistemin dağılması üçün inqilaba belə, ehtiyac olmayacaq”. Bu fikirləri “News.am” saytının əməkdaşına verdiyi müsahibədə “Yeni zaman” partiyasının sədri Armen Karapetyan bildirib.
O əminliklə bildirib ki, 2016-cı il Ermənistan dövləti üçün ağır il olacaq. Karapetyana görə, mövcud hökumət hətta minimum inkişafı belə, təmin etmək iqtidarında deyil: “Ona görə də, mən tam əminliklə deyə bilərəm ki, bu il Ermənistan bir çox ağır sosial problemlərlə üz-üzə qalacaq”. Partiya sədrinin fikrincə, hazırkı şəraitdə hökumət dəyişikliyi belə, vəziyyətin dəyişəcəyinə kömək etməyəcək: “Ölkə iqtisadiyyatının pisləşməsi müəyyən dəyişikliklərə səbəb olacaq. Ermənistanda yaranmış vəziyyətdən çıxış yolu kimi, inqilabı sosial qiyamın bir forması kimi önə çəkənlər var. Lakin mən belə düşünmürəm. Bu sistemin dağılması üçün inqilabi hərəkata belə zərurət olmayacaq-sistem və iqtisadiyyat özü vəziyyətin təsiri ilə məhv olacaq. Ermənistan iqtisadiyyatının hazırkı tənəzzül dövründə hansısa imkandan yararlanmaq o qədər də asan olmayacaq”. Karapetyanın fikrincə, iqtisadiyyatda yaranan vəziyyətinin 70 faizi obyektiv, 30 faizi isə subyektiv səbəblərlə bağlıdır: “Obyektiv səbəb kimi yolların olmaması, ölkə daxilindəki müvafiq infrastrukturun tam məhv edilməsi, subyektik səbəb kimi isə pis rəhbərliyi göstərmək olar”. Qeyd edək ki, Ermənistanda yaşanan sosial problemlərə təkan verən amillərdən biri də ölkəyə xaricdən pul köçürmələrinin kəskin şəkildə azalmasıdır. Bunu Ermənistan Mərkəzi Bankının rəsmi məlumatları da təsdiq edir. Ölkədə nəşr edilən “Aykakan jamanak” qəzetinin məlumatına görə, ötən ilin noyabr ayında Ermənistana göndərilən pul köçürmələri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz azalıb. Bu vəziyyətin başqa bir səbəbi kimi Rusiyaya iş üçün gedən ermənilərin sayının kəskin azalması göstərilir. Rəsmi məlumatlara görə, son illər Rusiyaya daha çox mövsümi iş üçün gedən erməni miqrantların sayında 26 faiz azalma müşahidə edilib. Bu da, daha çox pul köçürmələri ümidinə qalan erməni ailələrinin sosial şəraitinin daha da pisləşməsinə təsirsiz ötməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info