“Azərbaycandan ixrac edilən meyvə-tərəvəzin həcmi, idxalı 5-10 dəfə üstələyir”
Tarix: 14.01.2016 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Firdovsi Fikrətzadə: “Hazırda ərzaq buğdası üzrə istehsalın artırılması dövlət üçün prioritetdir”
“Azərbaycana idxal səviyyəsi nisbətən yüksək olan kənd təsərrüfatı və ərzaq məhsulları, buğda, süd məhsulları, bitki yağları və şəkər üçün xammaldır. Qalan məhsulların idxal həcmi isə aşağı səviyyədədir”.
Bunu “Trend”ə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə deyib. Onun sözlərinə görə, hazırda ölkədə 3,6 milyon ton meyvə, tərəvəz, kartof və bostan məhsulları istehsal olunduğu halda, bu məhsulların idxal həcmi 200 min tondan bir az yuxarıdır. Azərbaycandan ixrac edilən meyvə-tərəvəzin həcmi həmin məhsulların idxal həcmini 5-10 dəfə üstələyir. Ölkədə 300 min tondan yuxarı ət istehsal olunur, təqribən 30-40 min ton həcmində isə mal, qoyun və quş əti idxal olunur. Nazirliyin şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycanda ərzaq buğdası ilə özünütəminat səviyyəsi 54 faizdir: “Bu göstəricinin 80-90 faizə çatdırılması da normal göstərici olar. Çünki bilirsiniz ki, ölkənin ərzaq buğdasına olan tələbatının təqribən yarısı qədər ehtiyatlar mövcuddur, bu ehtiyatları təmin edən infrastruktur yaradılıb. Hazırda ərzaq buğdası üzrə istehsalın artırılması, idxalın səviyyəsini azaltmaq dövlət üçün prioritetdir. Bu məqsədlə iri taxılçılıq təsərrüfatlarının yaradılması, yeni taxıl anbarlarının qurulması, keyfiyyətli buğda toxumu istehsalının artırılması və buğda əkininin stimullaşdırılması üçün büdcədən subsidiyalar verilir və güzəştli kreditlər ayrılır”. Süd məhsulları üzrə idxal göstəricilərinin azaldılması üçün intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində yüksək məhsuldarlıqlı cins heyvandarlıq təsərrüfatlarının yaradıldığını deyən F.Fikrətzadənin sözlərinə görə, bu da nəticədə süd istehsalının artımına səbəb olmaqla, südün emalı sənayesinin inkişafı üçün stabil xammal təminatı yaradır. Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan böyük həcmdə bitki yağları xammalı idxal etsə də, mövcud sənaye potensialı hesabına bu xammal ölkədə emal edilməklə əlavə dəyər yaradılır, böyük həcmdə də ixrac olunur: “Azərbaycan torpaqları məhsuldar və keyfiyyətli olsa da, ölkəmiz adambaşına düşən torpaq ehtiyatlarına görə dünyada ən aşağı yerlərdən birini tutur. Buna görə də eyni vaxtda böyük həcmdə bitki yağları istehsal etmək üçün minlərlə hektarda günəbaxan, qarğıdalı, minlərlə hektar da buğda əkmək olmur”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq
20.09.2018
Azərbaycanda Çinlə birgə elektron ticarət platforması yaradıla bilər
20.09.2018
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın satışı üçün sertifikat və lisenziya alıb
20.09.2018
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
20.09.2018
Pambığın alış qiyməti artırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info