Dövlət Fitosanitar Nəzarəti Xidmətində 20 Yanvar şəhidləri anılıb
Tarix: 14.01.2016 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2015-ci il tarixli tapşırığına əsasən 20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər planına uyğun olaraq 13 yanvar 2016-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində 20 yanvar faciəsinin 26-cı ildönümü anılıb. Bu haqda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Mətbuat katibliyindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev 20 yanvar faciəsini bəşər tarixində Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biri kimi qeyd etmiş, Bakı şəhərində sovet ordusu tərəfindən dinc əhalinin vəhşicəsinə gülləboran edilməsini, yüzlərlə qocaların, uşaqların, qadınların tankların altında əzilməsini qeyd etmişdir.
Bildirilmişdir ki, bu təcavüz Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini beşikdə boğmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası öz çirkin məqsədlərinə çata bilmədi. Azərbaycan xalqı vəhşiliklə həyata keçirilən bu cəza tədbirindən qorxmadı, əksinə azadlıq arzularının həyata keçirilməsinə nail oldu.
Xalqımız 1990-cı ilin 20 yanvarını qəhrəmanlıq səhifəsi kimi yaşamışdır.
Azərbaycan xalqı bu sınaqdan qəhrəman bir döyüşçü kimi çıxdı.
Cinayətin törədilməsində birbaşa rolu olan o vaxtkı xəyanətkar Azərbaycan rəhbərləri bu faciəyə siyasi qiymət verməkdən belə imtina etdilər.
Faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib Bakıda baş verən faciə barədə bütün dünyaya həqiqəti çatdırdı. Azərbaycan xalqına baş sağlığı verdi.
Ulu Öndər böyük bir cəsarətlə bu cinayətin SSRİ rəhbəri Mixail Qorbaçovun, Yazovun və o vaxtkı Azərbaycan rəhbərliyinin hazırladıqları ssenari əsasında həyata keçirilməsini bəyan etdi.
20 yanvar faciəsinə yalnız Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə siyasi qiymət verildi və bu cinayətin səbəbləri, günahkarları bütün dünyaya açıqlandı.
Ulu Öndəri Heydər Əliyev tərəfindən «20 yanvar - Ümumxalq Hüzn Günü» elan edildi.
Respublikanın bötün şəhər və rayonlarında, idarə və müəssisələrində, xarici ölkələrdəki səfirliklərimizdə, diaspor təşkilatlarında anma mərasimləri keçirilir.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəhid ailələrinə və 20 yanvar faciəsində sağlamlıqlarını itirənlərə göstərilən maddi yardımlar ilbəil artırılır.
Bütün bunlar göstərir ki, 20 yanvar faciəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaq, 20 yanvar şəhidlərinin nurlu xatirəsi azərbaycanlıların və bütün dünya türklərinin qəlbində əbədi yaşayacaqdır.
Tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarından İlham Bayramov, Daməd Sultanov və Yaqub İbrahimov öz çıxışları ilə 20 yanvar faciəsi barədə fikirlərini bildirdilər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Həmkarlar komitəsinin sədri Hidayət Kazımov iştirak və çıxış etmişdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info