Dövlət vəziyyəti yaxşılaşdırmaq üçün bütün tədbirləri həyata keçirir
Tarix: 14.01.2016 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Fuad Muradov: “Dövlət Azərbaycanda bu günədək olan sosial rifah, yüksəlişi qoruyub saxlamaq marağındadır və bununla bağlı işlər görülür”

Çingiz Bayramov: “Hansı ölkəyə getsən, daha çətin, dəfələrlə ağır situasiya ilə üzləşərsən”

Bu gün dünyada neft qiymətlərinin düşməsilə bağlı olaraq bütün ölkələrdə iqtisadi çətinliklər, maliyyə böhranı, işsizlik hökm sürməkdədir. Yaxud dünyanın ən böyük şirkətləri belə, bu üzdən iflasla üzləşiblər və işçilərini ixtisar etməyə məcbur olublar.
Məsələn, BP kimi nəhəng transmilli şirkət xarici ölkələrdə öz işçilərinin sayını kəskin azaltmağa məcbur olub. Dünyada neft qiymətlərinin kəskin aşağı düşməsi, nəinki neft ixrac edən ölkələrdə, eləcə də inkişaf etmiş böyük dövlətlərdə və Qərb ölkələrində də resessiya və iqtisadi geriləmə ilə müşahidə olunur. Bu cür ölkələrin də iqtisadiyyatı çətin vəziyyətə düşüb. Hətta Azərbaycana qonşu olan Türkiyə, Rusiya, Gürcüstan və İran kimi ölkələrdə maliyyə böhranı, milli valyutaların dəfələrlə aşağı düşməsinin və iqtisadi çətinliklərin mövcudluğunun şahidi olmaqdayıq. Eləcə də neft ölkələri olan Səudiyyə Ərəıbistanı, BƏƏ, digər OPEK ölkələri və ümumiyyətlə, neft ölkələri neftin qiymətlərinin aşağı düşməsinə görə ciddi valyuta itkisi və iqtisadi geriləməyə məruz qalıblar. Beləliklə, dolların məzənnəsinin qalxması , iqtisadi geriləmə və işsizlik kimi problemlər bütün dünya ölkələrini çulğalayıb. Dünyada baş verən bu proseslər zəncirvari olaraq bir-birilə bağlıdır və ölkəmizə də təsirsiz ötüşməyib. Belə ki, neft qiymətlərinin düşməsi manatın qiymətinin də aşağı düşməsinə səbəb olub. Bu isə müəyyən maliyyə situasiyası doğurub. Bununla belə, nəzərə alınmalıdır ki, bu cür proseslər dünya iqtisadiyyatında zaman-zaman rast gəlinən məsələlərdir və daimi deyil. Xatırladaq ki, bu cür proseslər bir neçə dəfə dünyada müşahidə olunub və dünya iqtisadi böhranlarına səbəb olub. O cümlədən, Azərbaycan xalqı da 1990-cı illərin əvvəllərində - müstəqilliyinə qovuşan zaman dəfələrlə kəskin sosial-iqtisadi böhrana məruz qalıb və bu böhranı adlaya bilib.
Bu gün rastlaşdığımız situasiya da müvəqqətidir və bütün dünyada baş verən maliyyə böhranı ilə bağlıdır. Bu baxımdan müəyyən müddətdən sonra vəziyyətin yaxşılaşacağı gözlənilir. Manatın məzənnəsinin əvvəlki mövqeyinə qayıtması və ya sabitləşməsi, yeni-yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və sair nüansların baş verməsi olduqca realdır və qısa zaman məsələsidir. Bu baxımdan əsas vacib olan insanlarımızın müvəqqəti situasiyadan mümkün qədər az psixoloji və maddi sıxıntı ilə çıxa bilməsi və yenidən rifah dönəminə adlaya bilməsidir ki, bunun üçün də dövlət öhdəsinə düşən bütün məsələləri reallaşdırmağa çalışır. Bunun üçün lazım gələn bütün tədbirlər görülür ki, cəmiyyətdə ajiotaj və qıtlıq yaranmasın, sabitlik və təhlükəsizlik təmin olunsun. Bu məqamda unudulmamalıdır ki, cəmiyyətimiz üçün vacib olan sabitlik və ümumi təhlükəsizlik neftdən dəfələrlə qiymətlidir. Bu baxımdan bütün cəmiyyət üzvləri dövlətin həyata keçirdiyi tədbirlərə bütün səyləri ilə dəstək, ictimai nəzarətin təmin olunmasına töhfə verməli, sabitliyi və təhlükəsizliyi pozmaq istəyən, qiymət artımı və sairlə bağlı sui-istifadələrə yol verən təxribatçıların zamanında zərərsizləşdirilməsində səylərini əsirgəməməlidir.
Bu barədə fikirlərini bildirən millət vəkili Fuad Muradov da qeyd edir ki, dövlət bu sahədə mümkün olan bütün tədbirləri yerinə yetirir: "Dövlət Azərbaycanda bu günədək olan sosial rifah, yüksəlişi qoruyub saxlamaq marağındadır və bununla bağlı işlər də görülür. Sadəcə olaraq, dünyada gedən ümumi proseslər, neftin qiyməti ilə bağlı məsələlər öz təsirini göstərir. Amma vəziyyət o dərəcədə deyil ki, təşvişə səbəb olsun. Buna lüzum və səbəb yoxdur. Əminəm ki, bu istiqamətdə dövlət başçısının hüquq-mühafizə orqanları qarşısında qoyduğu tapşırıqlar da öz nəticəsini verəcək". Bu məsələyə münasibətini bildirən vətəndaş cəmiyyəti nümayəndəsi, Türkiyə Universitetləri Məzunlarl İctimai Birliyinin sədri Çingiz Bayramov isə qeyd etdi ki, bu gün dünyada süni şəkildə gedən neftin ucuzlaşması digər ölkələrlə bərabər, bizim ölkəmizə də təsirini göstərir. Bu gün bütün iqtisadiyyatlar bir-birilərilə zəncirvari bağlıdır. Hansı ölkəyə getsən, bənzər və daha çətin, dəfələrlə ağır situasiya ilə üzləşərsən. Ona görə də bir çox əsas ölkələrdə valyuta böhranı, heç şübhəsiz ki, digər ölkələrə də öz təsrini göstərir. Azərbaycanın iqtisadiyyatı da ayrıca təcrid olunmuş bir iqtisadiyyat deyil ki, öz-özünə heç bir təsirə məruz qalmadan yaşasın. Biz də dünyanın bir parçası olaraq, başqa ölkələrdən mal alıb, mal satırıq. Belə olan halda valyutadan istifadə edilir. Ona görə də tək bizim ölkədə bu hadisələr baş vermir. Bir sıra ölkələrə, xüsusilə qonşu ölkələrə baxanda Azərbaycanın iqtisadiyyatı daha güclüdür. Bizdən də qat-qat artıq ziyan çəkmiş böyük iqtisadiyyata sahib dövlətlər var. Misal üçün, neft ölkələrindən başqa, Avropa ölkələrini, Yunanıstanı, Bolqarıstanı və digərlərini qeyd edə bilərik. Avropa ölkəsi olan Yunanıstanın iqtisadiyyatında yaranmış vəziyyətdən çıxış yolu Avropa Birliyinin yardımı ilə oldu, biz isə özümüzə arxalanmalıyıq. Çünki bizim yetərincə neftdən asılı olmayan iqtisadiyyatımız var. Onu daha da inkişaf etdirməliyik. Kənd təsərrüfatı məhsullarının inkişafı ilə bağlı ciddi təşviq olmalıdır. Çünki Azərbaycan eyni zamanda aqrar bir ölkədir.
Elə Azərbaycanda üzümçülüyün, taxılçılığın, şərabçılığın və digər sahələrin inkişafına yenidən təkan verməklə, iqtisadiyyatımızin inkişafı ilə bağlı Prezidentimiz bütün süni əngəlləri aradan qaldırır və yeni islahatlar təxirə salınmadan həyata keçirilir. Bütün bunlar ən yaxın zamanda öz bəhrəsini verəcək. Azərbaycanda olan sabitliyi qoruyub saxlamaq isə hər birimizin - bütün zümrələrin və fərdlərin işidir. Xüsusilə də vətəndaş cəmiyyətinin üzvləri bu işdə ölkə rəhbərinə dəstək verməlidir. Belə olarsa, Azərbaycan iqtisadiyyatı daha qısa bir zaman içərisində neft və qazdan asılı olmayraq yenə də öz yerini tutacaq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info