Rauf Əliyev: “Dövlət tərəfindən antiböhran tədbirləri həyata keçirilir”
Tarix: 14.01.2016 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bir neçə illərdir ki, dünya ölkələrini bürüyən iqtisadi, maliyyə və siyasi böhrandan maksimum dərəcədə qoruna bilib”. Bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev deyib. R.Əliyev bildirib ki, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir: “Əlbəttə, dünya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. 2015-ci ildə ümumdünya böhranı bir qədər də dərinləşdi. Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf edib”. R.Əliyev bildirib ki, Azərbaycan hökuməti böhranın təsirlərindən dövləti və xalqı qorumaq üçün, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirləri həyata keçirib və keçirməkdədir: “Azərbaycan hökuməti əvvəlki illərdə olduğu kimi yaranmış çətinliklərin aradan qaldırılması üçün lazımı tədbirləri həyata keçirir və bundan sonra da dövlət tərəfindən antiböhran tədbirləri həyata keçirəcək. Prezident İlham Əliyev yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib və müvafiq qurumlara tapşırıqlar verib”. R.Əliyev deyib ki, 2016-cı ildə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yerli istehsalın, o cümlədən kənd təsərrüfatı məhsullarının və istehlak mallarının istehsalının artırılması nəzərdə tutulub: “Vergi məcəlləsinə edilmiş dəyişiliklər vergi tutma bazasının genişləndirilməsinə imkan verəcək. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına şərait yaradacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib
25.06.2019
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info