İctimai nəzarət mexanizminin formalaşdırılması müzakirə edilib
Tarix: 14.01.2016 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “İctimai nəzarət mexanizmlərinin tətbiq olunmasında QHT-lərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib. 60-dək QHT nümayəndəsinin iştirak etdiyi tədbirdə ictimai nəzarətin formalaşdırılması məsələsi müzakirə olunub.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ictimai nəzarətin vacib olduğunu vurğulayıb və bu çağırış birbaşa QHT-lərə ünvanlanıb.
A.Quliyev deyib: “İctimai nəzarət mexanizmlərindən danışdıqda qeyd etmək lazımdır ki, ilk növbədə nazirlik, komitə və yerli icra hakimiyyəti orqanlarının nəzdində ictimai şuraların yaradılmasına xüsusi diqqət yetirilməlidir. Bəzi dövlət qurumlarında ictimai şuralar olsa da, formal şəkildə mövcuddur, ona görə də bu məsələlərə diqqət artırılmalıdır. Ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, süni bahalaşmaya qarşı mübarizədə QHT-lər də fəal iştirak etməlidirlər”.
Müzakirələrdə çıxış edən Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev,
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və başqaları bildiriblər ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq az sayda qurumlarda ictimai şuralar yaradılıb. Belə şuralar mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da təsis edilməli və səmərəli fəaliyyət göstərməlidir. Müzakirələr zamanı nazirliklərin fəaliyyətinə ictimai nəzarət həyata keçirmək üçün Şura yanında işçi qrup yaradılması təklif edilib. Bundan başqa, ictimai nəzarətin təşkili üçün Mətbuat Şurası və QHT-lərin daxil olduğu vətəndaş cəmiyyəti alyansı təsis edilməsinin, Şuranın saytında mobil telefonlarla mənfi hallarla bağlı məlumatların qəbuluna şərait yaradılmasının önəmi diqqətə çatdırılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info