İmtahandan kəsilən müəllimlər üçün yenidən diaqnostik qiymətləndirmə keçirilə bilər
Tarix: 14.01.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən və işə yeni qəbul olunan müəllimlər üçün bu ilin yayında yenidən diaqnostik qiymətləndirmə keçirilə bilər. Bunu “Trend”ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib.
Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirildiyi 12 bölgə üzrə müəllimlərin davamiyyəti 98 faiz təşkil edib: “Bəzi rayonlarda hətta 100 faiz nəticə göstərildi. Müəllimlərimizin böyük əksəriyyəti diaqnostik qiymətləndirmədə iştirak edib. Ancaq müəllimlərin 1 faizi müəyyən səbəblərdən, əsasən də sağlamlıq imkanları ilə əlaqədar diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib”.
İ.Nağıyev əlavə edib ki, 12 bölgə üzrə keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən 25693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib: “Həmin kontingentlərin bir hissəsi öz istəkləri ilə iş yerlərini tərk edə bilərlər. Amma bu, müəllimin öz istəyindən asılıdır. Lakin onlar işlərində qalıb fəaliyyətlərini davam etdirməyi planlaşdırırlarsa, onda birinci növbədə öz üzərilərində işləməlidirlər. Onlar yenidən hazırlaşmalıdırlar ki, diaqnostik qiymətləndirmədən keçə bilsinlər”.
Şöbə müdiri bildirib ki, 12 bölgə üzrə keçirilən diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən, həmin rayon və şəhərlərdəki məktəblərdə işə yeni qəbul olunan və iş yerlərini yeni dəyişən müəllimlərə görə yenidən qiymətləndirmənin keçirilməsi üçün həmin rayon və şəhərlərdən sorğuların daxil olmasını gözləyəcəklər: “Biz 2-3 nəfərə görə imtahan keçirə bilmərik. Əgər görsək ki, müəyyən kontingent yığılıb, onda bu il ərzində yenidən diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılacaq. Amma bu, saydan asılıdır. İstənilən halda, yay aylarında Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada imtahanlar keçirir. Biz elə həmin ərəfədə də imtahan keçirə bilərik. Bununla da işə yeni qəbul olunan və iş yerlərini dəyişən, diaqnostik qiymətləndirmədən kəsilən, bu imtahana gəlməyən müəllimlərin hamısı üçün elə bir imtahan təşkil oluna bilər və onlar diaqnostik qiymətləndirmədən keçə bilərlər”.
İ.Nağıyev deyib ki, diaqnostik qiymətləndirmənin ölkənin qalan rayon və şəhərlərində də keçirilməsi üçün artıq uğurlu təcrübə var.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info