Azərbaycanlı müəllifin Moskvada kitabı nəşr edilib
Tarix: 14.01.2016 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı monoqrafiyası 2016-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərindəki “İnsan” nəşriyyatında rus dilində çapdan çıxıb. Kitabda Çin Xalq Respublikası, Yaponiya, Cənubi Koreya, Malayziya, Vyetnam Sisialist Respublikası kimi Asiya ölkələrinin dünya siyasətindəki yeri, rolu, mövqeyi və əhəmiyyəti məsələlərindən bəhs edilir.
Rza Talıbov XX əsrin ikinci yarısından sonra ciddi inkişaf yolu keçən, dünya iqtisadiyyatında və beynəlxalq münasibətlərdə xüsusi yer tutan Asiya ölkələrində gedən ictimai-siyasi və iqtisadi, elmi-mədəni prosesləri diqqətlə izləmiş və müqayisəli şəkildə geniş ictimaiyyətə çatdırmışdır.
Rza Talıbovun təqdim olunan kitabında eyni zamanda, adı çəkilən ölkələrlə Azərbaycan Respublikasının çoxcəhətli əlaqələrindən və əməkdaşlığından da geniş bəhs olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə ali məktəblərin “Beynəlxalq münasibətlər” ixtisasında təhsil alan tələbələr üçün dərslik statusu verilmiş “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabı bundan əvvəl 2015-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında nəşr edilmişdir.
Kitab ali məktəblərin tələbələri, tədqiqatçılar və siyasətçilər üçün nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info