Metroda yeni stansiya istiqamətində qazma işləri başlayacaq
Tarix: 14.01.2016 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Bakı Metropolitenində "Bənövşəyi" xəttin şərti olaraq "B-5" adlanan stansiyası istiqamətində qazma işlərinə başlanacaq.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, indiyə kimi 4630 m yol qət edən "Herrenknecht" qazma kompleksi bu gün xəttin şərti olaraq "B-4" adlanan stansiyasına daxil olub. Qazma qurğusu həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxıb.
Bu gün qazma kompleksi "B-4" stansiyasında quraşdırılmış start kamerasında qarşılanıb. İlk dəfə idi ki, kompleksin işini kənardan müşahidə etmək mümkün olub. Beləliklə, kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək.
"B-5" istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək.
Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra "Herrenknecht" yolunu növbəti stansiyaya, yəni "B-5" stansiyasına doğru davam etdirəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info