Yemin Azərbaycanda yetişdirilməsi idxaldan asılılığı aradan qaldıracaq
Tarix: 14.01.2016 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


“Atena” MMC tərəfindən istehsal edilən süd və süd məhsullarının qiymətinin bahalaşmasına təsir edən əsas amillərdən biri yem məhsullarının xaricdən gətirilməsidir. Bunu “Trend”ə “Atropatena Holdinq”in İdarə heyəti sədrinin köməkçisi Müşviq Hüseynov deyib.
M.Hüseynov bildirib ki, yemin xaricdən gətirilməsi həm idxaldan, həm xarici valyutadan asılılığı artırır, eyni zamanda, məhsulun maya dəyərinin baha başa gəlməsinə səbəb olur.
O bildirib ki, yemin şirkət tərəfindən Azərbaycanda yetişdirilməsi bu istiqamətdə asılılığı aradan qaldırar, istehsal olunan məhsulların maya dəyərinin ucuz başa gəlməsini təmin edər, manatın devalvasiyası qiymətlərə ciddi təsr etməz, yeni və daimi iş yerləri açılar.
M.Hüseynov qeyd edib ki, yemin yetişdirilməsi üçün lazım olan sahələrin ayrılması ilə bağlı şirkət tərəfindən müvafiq qurumlara müraciət edilib və bu istiqamətdə işlər aparılır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında çıxışı zaman yerli məhsulların istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlardan sonra proseslərdə irəliləyiş müşahidə olunur: “Ümid edirik ki, yaxın zamanlarda şirkət üçün tələb olunan sahələr ayrılacaq və yemin yetişdirilməsi işlərinə başlanılacaq”.
Qeyd edək ki, “Atena” MMC “Atropatena Holdinq”in tərkibinə daxildir. MMC süd və süd məhsulları bazarına ilkin olaraq 32 növ məhsulla daxil olub, bu gün isə artıq 40 növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Pomidorun qiyməti bir həftəyə ucuzlaşacaq
18.07.2019
EKVİTA şirkətinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Azərbaycan-Fransa və Azərbaycan-İtaliya Ticarət Palataları ilə görüşü keçirilib
18.07.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər
18.07.2019
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başladı
18.07.2019
“Azeri Light”ın bir barreli 66,17 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info