“Elşad Abdullayev törətdiyi konkret cinayətlərə görə Azərbaycana gəlib qanun qarşısında cavab verməlidir”
Tarix: 19.02.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


“Elşad Abdullayev hər şeydən əvvəl gəlib Azərbaycanda qanun qarşısında cavab verməlidir, çünki onun törətdiyi konkret cinayətlər var”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı cinayətin açılması üçün ABŞ prezidenti Barak Obamaya müraciət etməsinə münasibət bildirərkən deyib.
S.Novruzov deyib ki, Elşad Abdullayev hara müraciət etməsindən asılı olmayaraq, əvvəlcə özü gəlib Azərbaycanda bu cinayətlərə görə qanun qarşısında cavab verməlidir: “Onu özü də bizə öz cinayətlərini etiraf edib. Bura rüşvət vermə faktından tutmuş vətəndaşın hüquqlarını pozaraq gizli şəkildə kimlərisə videolentə almağa qədər olan faktlar var. Harasa müraciət etməsi onu məsuliyyətdən azad etmir. O qədər adam var ki, gah BMT-yə müraciət edir, gah ABŞ prezidentinə, gah da Fransa prezidentinə, amma bu nəsə demək deyil. Ona görə də Elşad Abdullayevin harasa müraciət etməsi bizim üçün ciddi əhəmiyyət kəsb etmir, çünki onun özü qanun qarşısında cavab verməyə borcludur”. YAP rəsmisi Elşad Abdullayev barəsində ittiham olunduğu cinayətlərlə bağlı tədbir görülüb-görülməyəcəyinə toxunub: “O bu və ya digər formada sadalanan cinayətlərin müəllifidir və buna görə də cavab verməlidir. Elşad Abdullayev bununla bağlı yəqin ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info