Yoxlamalar öz nəticəsini verir
Tarix: 14.01.2016 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Bəzi marketlərdə qiymətlərin endirilməsi müşahidə olunur

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bəzi işbazların süni qiymət artımına yol verməsinə münasibət bildirərək dedi ki, istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun”.
Ölkə başçısının tapşırıqlarına müvafiq olaraq neçə gündür ki, yoxlamalar təşkil olunur və işbazların qanunsuz əməlləri ifşa edilir. Buna misal olaraq yumurta və dərmanı bahalaşdıranlara qarşı cinayət işinin başlanmasını göstərmək olar.
Bir neçə gündür ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq, bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bundan başqa Bakının bəzi rayonlarında da icra nümayəndələri bazarlarda qiymətlərin süni artırılmaması üçün müəyyən tədbirlər görürlər. Buna misal olaraq Binəqədi rayonu ərazisində süni qiymət artımının qarşısının alınması istiqamətində aparılan bəzi tədbirləri qeyd etmək olar. Binəqədi Rayon İcra Hakimiyyətinin ərazi icra nümayəndələri və bələdiyyələr tərəfindən monitorinqlər davam etdirilir. İcra Hakimiyyətinin nümayəndələri mağazalara bir-bir girərək qiymətləri yoxlayırlar.
Artıq bununla bağlı görülən tədbirlər öz bəhrəsini də verir. Binəqədi rayonunda olan əməkdaşımız burada bəzi ticarət obyektlərinə, marketlərə baş çəkərək qiymətlərlə maraqlanıb.
Qiymətlərə nəzər salanda məlum olub ki, bu rayonda yerləşən “Araz” marketdə un məmulatlarının qiyməti nisbətən aşağı düşüb. Makaron və qənnadı məhsullarında bu, özünü daha çox göstərir. Meyvə-tərəvəzin də qiymətində dəyişikliklər nəzərə çarpır. Belə ki, 2 manat 50 qəpikdən baha satılan apelsin indi 2 manat 30 qəpiyə düşüb. Binəqədidə çörəyin qiymətində dəyişiklik olmayıb. Əvvəldən də 40 qəpiyə satılan “zavod çörəyi” kimi tanınan çörəklər elə bu qiymətlə də Binəqədi sakinləri tərəfindən istehlak edilir. Yerli istehsal olan kənd təsərrüfatı məhsulları isə ümumiyyətlə qalxmayıb. Kənd toyuqları 4 manata satılır, mal ətinin qiyməti isə dəyişməyib.
Görünən odur ki, Prezidentin tapşırığından sonra aparılan yoxlamalar bəzi işbazların əl-qolunu bağlayıb və cəza tədbirləri yaranmış situasiyadan yararlanmaq istəyən “ticarətçilər”, bəzi kiçik “iş adamları” üçün siqnal oldu. İşbazlar çox gözəl anlayırlar ki, süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol versələr bu, onlar üçün də sonda ağır formada cəza ilə nəticələnəcək. Aidiyyəti dövlət qurumları isə tövsiyə və xəbərdarlıq edir ki, bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirləri görüləcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info