Çində dollar problemi yaranıb
Tarix: 15.01.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Banklardan 5 min dollara qədər valyuta almaq istəyən müştərilər bir həftə gözləməlidir
Dünyada tüğyan edən iqtisadi böhran, deyəsən, ən böyük güc mərkəzlərindən birinə çevrilməkdə olan Çindən də yan keçməyib. Belə ki, bu həftə Çinin böyük şəhərləri olan Şanxay və Pekinin dollar çatışmazlığı ilə üzləşib.
Belə gözlənilir ki, tezliklə bu fenomen bütün Çini əhatə edə bilər. Çin Xalq Bankının yaranmış şəraitdə dolların likvidliyini necə təmin edəcəyi hələ də məlum deyil. Ölkənin aparıcı bankları “BOC”, “CCB”, “China Merchants Bank”larından 5 min dollara qədər valyuta almaq istəyən müştərilər bu haqda banka iki gün əvvəldən məlumat verməlidir. Bundan sonra valyuta almaq istəyən müştəri təxminən bir həftə gözləməlidir. Çinin əsas şəhərlərində yaranan dollar çatışmazlığı ölkədə fəaliyyət göstərən bir çox valyuta dəyişmə məntəqələrində çaxnaşmaya səbəb olub. Çünki onlar üçün də dövlətin bu sahədə hansı addımları atacağı məlum deyil. Axı, hakimiyyət orqanları hər gün dolların məzənnəsini tənzimləməsinə nəzarət etməklə, ölkə daxilində və xaricdə ticarətin yayılması yollarını daraldır. Əgər Çin dövləti ixracı dəstəkləyərək iqtisadiyyatı sabitləşdirməyə ümid edirsə, bununla ölkədə növbəti devalvasiyaya yol açmış olacaq. Əgər milli valyuta dollara qarşı geriləməkdə davam edərsə, bu halda Çin dövləti yuanın ticarət ağırlıqlı indeksini məqbul səviyyədə saxlamağa çalışmalıdır. Əks halda ölkədə devalvasiya davam edəcək və ölkədən kapital çıxışının şahidi olacağıq. Vəziyyətdən yeganə çıxış yolu yuanın dəyərinin müəyyən edilməsidir. Qeyd edək ki, son məlumatlara görə, Çinin fond birjalarının çöküşü ölkə iqtisadiyyatının geriləməsi və neftin ucuzlaşması fondunda baş verir. Xatırladaq ki, Çinlə yanaşı, Asiyanın digər fond birjaları da geriləməkdə davam edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info