Qaz İstismarı İdarəsinin rəisi faktları gizlədib
Tarix: 19.02.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Nəsimi rayon Qaz İstismarı İdarəsinin rəisi faktları gizlətmək və sənədlərə yalan məlumatlar daxil etməklə dövlətin mənafelərinə zərər vurub. Respublika Baş Prokurorluğunun Mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, Nəsimi rayon Qaz İstismarı İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Apelyasiya Məhkəməsinin təqdimatına Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb və toplanmış material üzrə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, Osmanov Yaşar Qiyas oğlu 2006-cı ilin iyul ayından 2009-cu ilin mart ayınadək olan dövr ərzində Nəsimi rayon Qaz İstismarı İdarəsinin rəisi vəzifəsində işləyərkən cəmiyyətin rəhbərliyi qarşısında özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, idarənin xidməti ərazisində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna faktiki olaraq 1 yanvar 2008-ci il tarixə 31 min 444 manat məbləğində borcu olmasına baxmayaraq, xidməti ərazidə təbii qaz itkisinin normadan artıq olması faktını gizlətmək, eyni zamanda, çatışmayan təbii qazın dəyərinin institutun hesabından ödənilməsi üçün institutun guya qeyd edilən tarixə 249 min 973 manat məbləğində borcu olması barədə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Osmanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilib.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar müxtəlif sahələr üzrə 118 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info