Özbəkistandakı səfirliyimizin birinci katibi təltif edilib
Tarix: 15.01.2016 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Özbəkistanla Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafındakı aktiv fəaliyyəti, iki ölkənin dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilib.
Fərmanı cəmiyyətin sədri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Şavkat Şaripov imzalayıb.
Ş.Şaripovun Mədəniyyət Mərkəzinə ünvanladığı məktubda da qeyd edilir ki, AMM universitetdə Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi yaradıb. Burada müntəzəm olaraq Özbəkistan və Azərbaycanın şair və yazıçılarının yubileyləri, xatirə gecələri, xalqlarımızın mədəniyyəti, tarixi ilə bağlı müxtəlif tədbirlər keçirilir.
Qeyd olunur ki, mərkəzdə müntəzəm olaraq Azərbaycan filmləri göstərilir, tələbələrimiz kitabxanadan həvəslə istifadə edirlər.
Daşkənddəki diaspor təşkilatı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi də 2015-ci ilin yekunları və birgə fəaliyyətin nəticəsi kimi Samir Abbasovu fəxri fərmanla təltif edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info