“Brüsseldəki mitinq ermənilərin əməllərinə cavab olacaq”
Tarix: 15.01.2016 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Asif Kurban: “Hazırda Ermənistan bölgədə vəziyyəti gərginləşdirməklə məşğuldur”

“Brüsseldə keçirilməsi gözlənilən Xocalı mitinqi Ermənistanın iç üzünün açılması üçün böyük vasitə olacaq”. Bu sözləri İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, Dr.Asif Kurban Brüsseldə gözlənilən Xocalı mitinqi ilə bağlı fikirlərini şərh edərkən bildirib. Onun fikrincə, XX əsrin böyük soyqırımı aktı olan Xocalı hadisəsi Ermənistanın gerçək üzünü əks etdirir: “Bu mitinq ermənilərin əməllərinə cavab olacaq. Brüssel Avropa Parlamentinin mərkəzi olduğu üçün, bu mitinqin böyük bir əhəmiyyəti var. Burada hətta dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız iştirak edəcəklər”.
A.Kurban ermənilərin beynəlxalq güclərin əlində alət olaraq, Türk millətinə qarşı dəhşətli soyqırımı siyasətini həyata keçirdiklərini xatırladıb.
“XX əsrdə bir neçə dəfə belə hadisə baş verib. Əslində, dünya birliyinin bu günə qədər susqun vəziyyətdə olması Ermənistanın işğalçılıq siyasətinin davam etdirməsinə rəvac verib. Hazırda Ermənistan bölgədə vəziyyəti gərginləşdirməklə məşğuldur və əsassız olaraq işğal etdiyi Qarabağ torpaqlarından çıxmaq istəmir”.
Xatırladaq ki, Dünya Azəbaycanlıları Konqresinin Xocalı soyqırımı ilə bağlı mitinqi 26 Fevral 2016-ci il tarixində saat 14-16 arası, Avropa Parlamentinin qarşısında baş tutacaq. Mitinqdə Avropanın bir sıra ölkələrindən soydaşlarımızın iştirakı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
16.01.2019
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16.01.2019
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
16.01.2019
Sarkozi Azərbaycan-Fransız Universitetində olub
16.01.2019
İsveçrə səfiri icma rəhbəri Tural Gəncəliyevlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info