Nardaran küçələrinin siması dəyişir
Tarix: 15.01.2016 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Ölkə başçısı İlham Əliyev Azərbaycanın hər bir guşəsinin abadlaşdırılmasına, müasirləşməsinə son dərəcə diqqətlə yanaşır. Bu üzdən ölkənin bütün kənd və qəsəbələrində olduğu kimi, Nardaran qəsəbəsinin də abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli istiqamətində işlərə başlanılıb.
Bu çərçivədə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi yolların yenidənqurulması istiqamətində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
Nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün ilkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidənqurulması işlərinə başlanıldı. Küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 metr idi. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.
“Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində küçənin 1 km-dən artıq hissəsi genişləndirilərək 18 metrə çatdırılıb. Genişləndirilmiş küçənin müəyyən hissəsində yeni hasarlar çəkilib, yeni yol yatağı tikilib. Digər hissədə isə bu istiqamətdə işlər davam etdirilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.
Küçənin artıq 700 metrlik hissəsində hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, 1400 paqon-metr yeni səki daşı düzülüb. Səkilərin təqribən 1400 kvadrat metr sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb. Yolun 450 metrlik hissəsinə 2 qat olmaqla 15 sm, 250 metrlik hissəyə isə 1 qat olmaqla 8 sm qalınlığında yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə küçənin 40 min kvadrat metr sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və piyada səkilərinin kənarına 4500 paqon-metr səki daşının düzülməsi planlaşdırılır.
Nardaranda aparılan tikinti quruculuq hesabına onlarla qəsəbə sakini yeni iş yeri qazanıb.Bununla da “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ölkə rəhbərliyinin qəsəbədə yeni iş yerlərinin açılaraq, insanların həyat şəraitinin yüksəlməsi istiqamətində atdığı addımlara öz töhfəsini vermiş olub.
Aparılan quruculuq-abadlıq işləri zamanı yerli ağsaqqalların və ziyalıların da dəyərli təklifləri nəzərə alınır. Yaxın müddət ərazində Nəsrulla Əsgərov küçəsində də yenidən qurma işlərinə başlanılacaq. Qəsəbənin mərkəzindən Nardaran pirinə gedən bu küçə yaxın vaxtlarda öz simasını tamamilə dəyişəcək. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı küçənin mövcud ortalama 6 metr enindən genişləndirilərək 16 metrə çatdırılması planlaşdırılır. Nəsrulla Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 paqon-metr səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.
Mərkəzi küçələrin yenidənqurulması işləri tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla aparılır və vaxtında yekunlaşdırılması üçün ərziyə lazımi sayda qüvvə cəəlb olunub. Bir sözlə prezident İlham Əliyevin tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli istiqamətində Saleh Məmmədovun rəhbərliyi altında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən vəzifəni layigincə və yüksək keyfiyyətlə yerinə yetirməyə davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info