Fermerlər cənub bölgəsində ət kombinatının yaradılmasını təklif edirlər
Tarix: 15.01.2016 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Süni mayalanmadan alınan hər baş buzova görə 100 manat subsidiyanın verilməsi ilə bağlı Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncam ölkədə heyvandarlığın inkişafı üçün stimul yaradıb.
AZƏRTAC xəbər verir ki, bütün regionlarda olduğu kimi, cənub bölgəsində də heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər dövlətimizin başçısının bu Sərəncamını heyvandarlığın inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirirlər.
Uzun illərdir heyvandarlıqla məşğul olan fermer Fərhad Mirzəyev təsərrüfatında süni mayalanma ilə bağlı əldə olunan nəticədən razı qaldığını bildirib: “Süni mayalanmanın keyfiyyəti çox yüksəkdir. Yaxşı cins inəkdən gün ərzində 25-30 litr süd almaq olur. Yerli inək isə gündə 5-6 litr süd verir. Eyni zamanda, bu heyvanlar ətlik istiqamətlidir”.
Fermerlər heyvandarlığın inkişafının yeni istehsal sahələrinin açılması zərurətini ortaya çıxardığını vurğulayıblar. Qeyd ediblər ki, bu baxımdan bölgədə ət kombinatının yaradılması məqsədəuyğun olardı. Bu, həm alıcılar, həm də məhsul istehsalçıları üçün sərfəlidir. Çünki əgər ət kombinatı yaradılarsa, istehsalçı əti özü birbaşa alıcıya satmaq imkanı əldə edəcək ki, bu da qiymətin aşağı düşməsinə təsir göstərəcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info