Göygöldə yeni süni mayalanma kompleksi tikilir
Tarix: 15.01.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Region TV xəbər verir ki, yeni yaradılan kompleks mal-qaranın cins tərkibini yaxşılaşdırmağa, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirməyə daha geniş imkanlar açacaq.
Göygöl rayonundakı Respublika Süni Mayalanma Mərkəzi 2009-cu ildən fəaliyyət göstərir. Gün ərzində 2 dəfə törədici toxum götürülür və razılaşma yolu ilə fermerlərə, heyvandarlıqla məşğul olanlara satılır.
Fermerlər əsasən ətlik, bəzi hallarda isə südlük heyvanların toxumlarını əldə etməyə çalışırlar. Mərkəz cins buğaları Türkiyə, Fransa, Rusiya və Avstriyadan alır, avadanlıqlar isə Fransadan gətirilir.
Hazırda mərkəzdə 22 baş törədici buğa və toxum alınır. İstehsal olunan toxumlar üç mərhələdə yoxlamadan keçərək 50 faizinin fəal olduğu təsdiq edildikdən sonra istifadəyə buraxılır.
Yerlərdə işin təşkili üçün 12 rayonda zona baytarlıq laboratoriyası, 62 rayonda süni mayalanma texnikləri fəaliyyət göstərirlər. Lakin mərkəz tələbatı tam ödəyə bilmədiyi üçün həmin ərazidə yeni kompleks tikilir.
10 hektar ərazini əhatə edən kompleks süni mayalanmanın ən müasir tələblər səviyyəsində aparılması üçün bir çox üstünlüklərə malik olacaq. İlkin mərhələdə burada 40 baş heyvan saxlanılacaq.
Ən müasir avadanlıqlarla təchiz olunacaq yeni kompleksdə istənilən mal-qara cinsini almaq üçün hər cür şərait yaradılacaq. Gələcəkdə respublikanın tələbatı tam ödənildikdən sonra burada qablaşdırılan cins toxumların xarici bazara çıxarılması da mümkün olacaq.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info