Sahibkarlar və əhali unun ƏDV-dən azad edilməsindən razıdırlar
Tarix: 15.01.2016 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması Azərbaycanda yerli istehsalı artırmağa və ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətini yüksəltməyə imkan verəcək. Bunu Trend-ə "Karat Holding"in baş direktoru Taleh Qasımov deyib.
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
T.Qasımov bildirib: "Daha əvvəl 50 kiloqramlıq 1 kisə unu 26 manata satırdıq, hazırda isə onun qiymətini 22 manatadək azaltdıq. Yeri gəlmişkən, təkcə biz belə etmirik - ölkədəki digər istehsalçılar da qiymətləri azaldıblar. Qiymətlər hazırda dəyirmanın yerləşməsindən, yəni nəqliyyat xərclərindən asılı olaraq 21,5-22,5 manat arasında dəyişir".
Onun sözlərinə görə, bu qərar həm də bütün un məmulatlarının qiymətini azaltmağa fürsət verdi: "Qiymətin azalması yerli istehsalçılar üçün də sərfəlidir, çünki ölkədə istehsal edilən məhsulların qiyməti aşağı düşəcək və o, ucuz idxal ediləcək. Sahibkarlar və əhali bu qərardan razıdırlar. Bu, (un) sosial əhəmiyyətli məhsuldur və onun ƏDV-dən azad edilməsi dövlətin qayğısının bariz nümunəsidir".




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info