“Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq”
Tarix: 15.01.2016 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olub.
Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, Z. Həsənov çıxışında ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib.
"Əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir. Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir", - deyə nazir bildirib.
"Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil. Cəbhə xəttində son bir ildə ordumuz tərəfindən xeyli sayda düşmən məhv edilib".
O, Hərbi Tibb Fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.
Müdafiə naziri daha sonra qeyd edib ki, Azərbaycan Ordusu düşmənlə təmas xəttində tam üstünlüyü əldə edib: "Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil. Cəbhə xəttində son bir ildə ordumuz tərəfindən xeyli sayda düşmən məhv edilib. Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyiblər, cənab Prezidentin dediyi kimi, "torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır". Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur".

Son illərdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışan nazir vurğulayıb ki, son iki ildə müasir dövrün tələblərinə cavab verən hərbi şəhərciklər tikilərək şəxsi heyətin ixtiyarına verilib. Zabit və əsgərlərin rahatlığına və sağlamlığına təminat verən bu işlər yenə davam etdiriləcək. Artıq yetərli sayda hərbi qulluqçu xidməti mənzillərlə də təmin edilib. Bu yaxınlarda isə 500 hərbi qulluqçuya daimi mənzillər verilib.
Sonra Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək son illər Silahlı Qüvvələrdə tibb xidməti sahəsində aparılan islahatların müsbət nəticələrini, ordu rəhbərliyinin hərbi səhiyyənin inkişafına diqqət yetirdiyini nəzərə çatdırıb.
General-mayor N.Əliyev qeyd edib ki, ordumuzda ilk dəfə olaraq xəstələrin təxliyəsi üçün ambulans helikopterin alınması yaralılara, xəstələrə vaxtında və təxirəsalınmaz tibbi yardımın göstərilməsini mümkün edib. O, orduda tibb xidmətinin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkəmizin qabaqcıl tibb mütəxəssislərinin iştirakı ilə seminarların keçirildiyini, Türkiyənin Gülhanə Tibb Akademiyasında və Almaniyanın qabaqcıl tibb müəssisələrində yüksək ixtisaslı həkim briqadalarının dəfələrlə Hərbi Tibb Fakültəsində olduğunu da diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info