Göyçayda quş ətinin satış qiyməti aşağı salınıb
Tarix: 15.01.2016 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Son günlər manatın devalvasiyasından sonra Göyçayın istehlak bazarında bəzi işbazlar tərəfindən yaradılan süni qiymət artımının qarşısının alınması üçün ciddi tədbirlər görülür.
Göyçayda unun, eləcə də yerli istehsal olan meyvə-tərəvəz məhsullarının, yumurta və quş ətinin alıcılara yüksək qiymətə təklif edilməsinin qarşısı alınıb. Hazırda Göyçay rayonunda 10-a yaxın iri və xırda quşçuluq təsərrüfatı fəaliyyət göstərir. Bəzi təsərrüfat sahibləri qiymətləri aşağı endirərək, diri çəkisi 1-1,3 kiloqram olan quşların hər birini mağazalara 4 manata satırlar.
Uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin Yaqubov isə rəhbərlik etdiyi fermer təsərrüfatında yetişdirilən 3 aylıq quşların hər birinin 3 manat 40 qəpikdən satışına başlayıb. Sahibkar AZƏRTAC-a müsahibəsində dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əməl etməklə, bu işə töhfə vermək istədiyini bildirib. O, sahibkar Bəxtiyar Yaqubovla birgə yaratdığı quşçuluq fermasında hazırda 12 min quş bəslənildiyini deyib.
Təsərrüfatdakı quşlar təbii yolla yetişdirilir və baytar həkimlər tərəfindən daim nəzarətdə saxlanılır. Qiymətin aşağı salınması alıcıların sayının artmasına da səbəb olub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info