Naxçıvanda 2015-ci ildə 2908 yeni iş yeri yaradılıb
Tarix: 15.01.2016 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


CAVADXAN QASIMOV
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat şöbəsinin müdiri, İqtisad üzrə fəlsəfə doktoru, dosent


Təməli ümummilli lider Heydər Əliyev tərəfindən müdrikliklə qoyulan sosial-iqtisadi inkişaf siyasəti özündə xalqımızın firəvan həyat səviyyəsinin təminatını yaşatmaqdadır. İstər keçmiş Sovetlər İttifaqı dövründə, istərsə də hazırkı müstəqillik illərində ölkəmizin iqtisadi inkişaf siyasətinin əsasları yaradılmış və bu, çox uzaq gələcəyə hesablanmış böyük tədbirləri təşkil etmişdir. Həyata keçirilən məqsədyönlü siyasət sağlam iqtisadi nühitin formalaşmasına səbəb olmuş, təsərrüfat subyektləri üçün əlverişli fəaliyyət şəraiti yaradılmışdır.
Böyük Heydər Əlyev ölkənin iqtisadi siyasətinin onun regional mahiyyətinin əsas tutulması ilə müəyyən olunması və inkişaf etdirilməsinə diqqətin artırılması ilə ümumilikdə Azərbaycan iqtisadiyyatının çoxşaxəliliyini təmin etdi və möhkəm iqtisadi baza formalaşdırmış oldu. Regionların ərazi xüsusiyyətləri, ixtisaslaşma istiqamətləri, orada yaşayan əhalinin fəaliyyətinin səmərəlilik meyarları əsas götürülərək ölkənin tarazlı regional siyasətinin dayanıqlığına xidmət edən amillər işlək vəziyyətə gətirilmiş oldu.
Məqsədyönlü iqtisadi siyasət iqtisadiyyatın bütün sahələrinin ölkənin milli-iqtisadi maraqlarına xidmət edəcək səviyyədə inkişaf etdirilməsinə münbit şərait yaratdı. Ölkə iqtisadiyyatının əsas prioritetlərin müəyyənləşdirilməsi, ondan əhalinin firəvan yaşayışının təmin olunmasında, hərtərəfli sosial-iqtisadi və hətta siyasi yüksəlişə istiqamətlənmənin səmərəliliyinin artırılmasında istifadə edilməsi makroiqtisadi nailiyyətlərin təməl prinspləri kimi çıxış etməkdədir.
Yeni iqtisadi şəraitdə böyük siyasətin nəhəng strateji nailiyyətləri özünü aşağıdakı təminatların mümkünlüyü ilə göstərməkdədir:
1. müasir müstəqillik şəraitində ölkənin iqtisadi siyasətinin sosial mahiyyətinin yüksəldilməsi;
2. iqtisadi idarəetmə sahəsində çeviklik yaradılması;
3. əmək qabiliyyətli əhalinin səmərəli məşğulluğunun təmin olunması nəticəsində işsizliyin minimuma endirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi;
4. məşğulluq xidməti orqanlarının maddi-texniki təminatının gücləndirilməsi;
5. sahibkarlıq fəaliyyətinin və yeni istehsal sahələrinin təşfiqinin stimullaşdırılması;
6. iqtisadiyyatın bütün sahələrində məşğulluq potensialının və perspektivlərinin artırılması tədbirlərinin daha da gücləndirilməsi;
7. iqtisadi və sosial infrastruktur siyasətinin tam gücü ilə məşğulluğa istiqamətləndirilməsi və s.
Elə bunların nəticəsi kimi 2 iyul 2001-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında Məşğulluq Qanunu qəbul edilməsini göstərə bilərik. Orada məşğul şəxslər, məşğulluq sahəsində dövlət siyasəti, məşğulluq sahəsində vətəndaşların hüquqları, məşğulluq sahəsində həmkarlar ittifaqlarının iştirakı, məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı və s. kimi vəzifələr ətraflı və əhatəli şəkildə müəyyən edilmişdir.
Dayanıqlı sosial siyasət etibarlı məşğulluq strategiyasına çevrilməklə sonrakı illərdə də sadiqliklə davam və inkişaf etdirildi. Belə ki, 26 oktyabr 2005-ci il tarixdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncamla “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)”, eləcə də 2007-ci il tarixdə imzaladığı Sərəncamla isə Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər) bu sahədə müstəsna əhəmiyyətini göstərə bilərik.
Ölkəmizdə qəbul və icra edilən Dövlət Proqramlarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan muxtar respublikasında qətiyyətlə davam etdirilməsi burada iqtisadiyyatın keyfiyyət səviyyəsinin daim yüksək olmasına səbəb olmuş və bu, özünü əhalinin məşğulluq imkanlarının artırılmasında göstərmişdir. Fikrimizi təsdiq etmək üçün 30 may 2007-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən imzalanan Sərəncamla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında Məşğulluq Startegiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)”nı və 18 dekabr 2013-cü ildə tarixli Sərəncamla təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın önəmini xüsusi qeyd edə bilərik.
30 may 2007-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin Sədrinin Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında Məşğulluq Startegiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər) əsasən iqtisadi inkişaf və səmərəli məşğulluğun təmin edilməsinə istiqamətləndirilmiş makroiqtisadi siyasətin həyata keçirilməsi, səmərəli məşğulluğun və əmək məhsuldarlığının artımına nail olmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsi, sahibkarlığın inkişafına mane olan problemləri aradan qaldırmaq, xarici iqtisadi fəaliyyətiştirakçılarına sağlam rəqabət şəraiti yaratmaq sahəsində müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətini yüksəltmək sahəsində tədbirlərin həyata keçirilməsi, muxtar respublikada sığorta sisteminin inkişaf etdirilməsi, sığorta bazarında investisiya siyasətinin formalaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərində yeni texnologiyaların tətbiqinin stimullaşdırılması və yerli xammaldan istehsal olunan məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi və s vəzifələr icra olunmuşdur.
Naxçıvan muxtar respublikasında mövcud iqtisadi potensialın daha da artırılması məsələlərinə diqqət edərkən görünür ki, burada nəzərdə tutulan tədbirlər strateji hədəflərə xidmət edə bilmiş və nəticədə əhalinin səmərəli məşğulluq səviyyəsi yüksəlmişdir. Fikrimizi Naxçıvan Muxtar Respublikasında 1996-cı ildən bu günə kimi açılmış 85861 yeni iş yeri də təsdiqləyir ki, bunun da 59090-ı və ya 68,8 faizi daimi iş yerləridir. Təkcə 2015-ci ildə 2908 yeni iş yeri yaradılmışdır ki, yenə də bunun 2837-si və ya 98 faizi daimidir.
Naxçıvan muxtar respublikasında məşğulluq siyasəti, insan amili, əhali problemlərinin öyrənilməsi məsələləri hər zaman diqqət mərkəzində saxlanılmaqdadır. Bütün bunların nəticəsidir ki, davamlı və dinamik inkişafı məntiqi ifadəsi olaraq, Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən 11 yanvar 2016-cı il tarixdə imzalanan Sərəncamla təsdiq olunan 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramının çox böyük tarixi və iqtisadi əhəmiyyəti vardır. Bu Dövlət Proqramı qarşıdakı illərdə muxtar respublikada məqsdəyönlü sosial siyasətin tənzimlənməsi və daha da inkişafı istiqamətində başlanğıc olacaqdır. Beləki, icra müddəti 2015-ci ildə başa çatan bir sıra Dövlət Proqramlarının növbəti dövrlər üzrə davamlılığının məhz bu tarixi sənədlə başlayacağını düşünürük. Onlardan 17 sentyabr 2008-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədrinin imzaladığı Sərəncamla “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 14 fevral 2012-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən imzalanan Sərəncamla “2012-2015-ci illərdə Naxçıvan MR-də meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, 31 yanvar 2014-cü il tarixində “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri tərəfindən imzalanan Sərəncamla təsdiq edilmiş 2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”larını göstərə bilərik. Bu baxımdan da qeyd edək ki, yeni mərhələ üçün təsdiq edilən Dövlət Proqramı elə məhz 18 dekabr 2013-cü ildə Naxçıvan MR Ali Məclisinin Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın iqtisadi davamıdır.
2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı 6 mərhələdə 33 tədbirin həyata keçirilməsini nəzərdə tutur. Bunlar muxtar respublikanın əmək bazarında tələb və təklifin muəyyənləşdirilməsi uzrə, aktiv məşğulluq tədbirləri uzrə, əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazırlığının təşkili uzrə, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu uzrə, işcilərin əmək hüquqlarının təmin edilməsi uzrə tədbirlərin çox güclü mexanizmlərini özündə əks etdirməkdədir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info