“Real”ı Zidanın uşaqları “yandırıb”
Tarix: 16.01.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


"Real"ın transfer qadağası ilə bağlı FİFA tərəfindən cəzalandırılmasına səbəb olan səkkiz futbolçudan ikisinin komandanın baş məşqçisi Zinəddin Zidanın oğulları olduğu müəyyənləşib.
Bu barədə Madrid klubunun icraçı direktoru Joze Angel Sançes keçirdiyi mətbuat konfransında məlumat verib: "FİFA 39 futbolçu barədə araşdırma aparırdı və səkkiz futbolçuya görə kluba cəza verildi. Bu oyunçulardan ikisi Zidanın uşaqlarıdır. Biri isə Ezekyel Qarayın ("Zenit"in argentinalı futbolçusu) qardaşıdır". J.A.Sançes FİFA-nın verdiyi cəzanın düzgün olmadığını da vurğulayıb. O qeyd edib ki, futbolçuların transferi zamanı heç bir qanun pozuntusuna yola verilməyib: "Oyunçuları transfer edərkən onları ailələrindən uzaqlaşdırmamışıq. Bu klubun özünün etik qaydaları var". Qeyd edək ki, 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdiyi üçün FİFA "Real"a transfer qadağası qoyub. FİFA-nın qərarına görə "Real" bu yay və gələn qışda yeni futbolçu sifariş edə bilməyəcək. Bundan başqa, "Real" 360 min İsveçrə frankı məbləğində cərimələnib.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib
20.03.2019
Azərbaycan millisi məzmunlu futbol göstərməyə hazırdır
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info