“Ermənistanı sənədlə Azərbaycana təhvil versinlər”
Tarix: 16.01.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Erməni veteran:“Ölkədə veteranlar addımbaşı döyülür, təhqir edilir. Onların bəziləri hələ də həbsdədir. Veteranlara qarşı belə alçaldıcı addımların atılması bizdə Azərbaycana dəstək vermək əhvali-ruhiyyəsi yaradır”
Ermənistanda tutatutdur. İki gün əvvəl “Vətən və şərəf” partiyasının sədri Qarnik Marqaryan və “Eqvard idman ayaqqabıları fabriki” şirkətinin əsas səhmdalarından biri Vladimir Arakelyan həbs ediliblər.
Ermənistan Milli Təhlükəsizlik Şurasının mətbuat mərkəzinin məlumatına görə, onlar Artur Vardanyan tərəfindən yaradılmış mütəşəkkil cinayətkar dəstə ilə əməkdaşlıqda, silah və sursat satışında şübhəli bilinirlər. Bu mövzu ətrafında “Birinci informasiya” saytının əməkdaşı ilə söhbət edən Ermənistan Veteranlar İttifaqının üzvü Razmik Petrosyan bildirir ki, veteran həyatı hesabına qurulan ölkə haqqında pis fikirləşə bilməz. Əgər veteran belə bir addım atırsa, deməli, o ya təsir altına düşüb, ya da ki, hansı addımı atdığını başa düşmür: “27 oktyabr bizim üçün elə bir dərs oldu ki, hələ də onun şokundan çıxa bilməmişik. Belə ki, ölkə veteranlarının heç biri xəyanət yolunu seçmədi. Buna haqq qazandırmaq lazımdır. Mən ölkə veteranlarının əksəriyyətini tanıyıram. Onlar heç vaxt dövlət əleyhinə belə bir addım atmazlar”. İttifaq üzvünün sözlərinə görə, Arakelyanın həbsi ondan siyasi baxışlarına görə alınan intiqamdır: “Hakimiyyət dairələrində dəyərləri üçün mübarizə aparan belə insanlara yer yoxdur. Ölkəmizdə, hazırkı çətin məqamda, artıq siyasi vendetta aradan qaldırılmalıdır. Lakin biz bunu görmürük. Ölkədə veteranlara qarşı münasibət birmənalı deyil. Onlar hər addımbaşı döyülüb, təhqir edilirlər. Onların bəziləri hələ də həbsdədir. Veteranlara qarşı belə alçaldıcı addımların atılması bizdə Azərbaycana dəstək vermək əhvali-ruhiyyəsi yaradır. Əgər ölkədə veteranlara qarşı belə bir münasibət davam edəcəksə, onda Ermənistanı sənədlə Azərbaycana təhvil versinlər. Ölkə TV-ləri bütün günü vətənpərvərlik mövzusunda mühazirələr oxuyur. Daha başa düşmürlər ki, əgər bu gün ölkədə əlil veteran həbsxanalarda saxlanılırsa, sabah onların davamçısı kimi heç bir ölkə gənci müharibədə iştirak etməyəcək”. Petrosyan son 10-15 ildə ölkənin həssas təbəqəsi olan veteranlara qarşı dövlətin yeritdiyi siyasətdən narahatlığını bəyan edib. Veteranlar İttifaqı adından bəyanatla çıxış edən Petrosyan hakimiyyətə ölkə veteranlarına qarşı öz münasibətini dəyişmək barədə çağırış edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info