Ötən həftəsonu Şahdağ Qış-Yay Turizm Kompleksinə 2 min insan gəlib
Tarix: 19.02.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Ötən həftə birinci mərhələsi yenicə istifadəyə verilmiş Şahdağ Qış-Yay Turizm Kompleksinə 2 min insan gəlib. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, o özü Şahdağ Qış-Yay Turizm Kompleksində olub və bu məkanla bağlı ona verilən rəylər çox müsbətdir: “Biz bu kompleksi tam qurtarmamış açmaq fikrində deyildik. Sadəcə, müəyyən bir hissəsini açdıq və burada cəmi 40 otaq var. Təkcə şənbə və bazar günü gələn 2000 adamı yerləşdirməyə kifayət etmir. Təxminən 600-700 xizək var. Biz turizm şirkətlərinə də müraciət etmişik ki, əvvəlcədən gələn insanların sayı, çəkisi, boyu, ayağının ölçüsünü dəqiqləşdirsinlər, çünki orada hər adama xidmət 40 dəqiqə zaman alır. Bu, çox məsuliyyətli və travmatik idman növüdür. Ona görə də qonaqların hər birinə məsuliyyətlə yanaşılır”. Ə.Qarayev onu da əlavə edib ki, bəzi mətbuat səhifələrində kompleksə ayrılan büdcənin 2 milyard manat olduğu yazılır: “Amma mən heç bilmirəm ki, bu layihə başa çatana qədər bu, 1 milyard olacaq, ya yox”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info