“Azərbaycan regionda stabilləşdirici faktora çevriləcək”
Tarix: 16.01.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Adıgözəl Məmmədov: “Biz istəyirik ki, bütün bəşəriyyətdə Azərbaycandakı multikulturalizm ənənələri bərqərar olsun”
Bu gün Azərbaycan müharibə şəraitindədir və Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə görə Dağlıq Qarabağ münaqişəsi, hələ ki, öz həllini tapmayıb. Azərbaycan isə hər zaman sülhün tərəfdarı olub. Məhz buna görə də Azərbaycan nəinki regionda, ümumiyyətlə, beynəlxalq aləmdə istənilən baş verən konfliktlərin həllində sabitləşdirici mövqedə olub. Bu, Azərbaycanın xarici siyasətində prioritetdir.
Bu baxımdan ötən il ölkəmiz üçün uğurlu olub. 2015-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Azərbaycan Prezidenti xarici ölkələrə 20 rəsmi və işgüzar səfər edib. Xarici ölkələrin 15 dövlət və hökumət başçısı Azərbaycanda olub.
Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da regionda sabitləşdirici rol oynayacağını deyib: “Çalışacağıq ki, risklər azalsın, əməkdaşlıq daha da dərinləşsin. İran və Səudiyyə Ərəbistanı Azərbaycan üçün yaxın və dost ölkələrdir. İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik istər-istəməz müsəlman aləmində baş verən hadisələrə təsir göstərir və bizi narahat edir”.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan həmişə çalışıb ki, müsəlman aləmi daha da sıx birləşsin: “Bu gün də çalışırıq və Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədi güdür ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın”.
Slavyan-Türk birliyi hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov “Palitra”ya açıqlamasında Azərbaycanın regionda sabitləşdirici rolunu belə dəyərləndirib: “Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan regionda sabitləşdirici rol oynamağı davam etdirir. Azərbaycanın Qafqaz regionunda, ümumiyyətlə, Asiyada çox mühüm coğrafi və geostrateji mövqeyi var. Eyni zamanda ölkəmiz bir körpü rolunu oynayır. Bu mövqe xüsusən Azərbaycanın son zamanlar apardığı siyasət nəticəsində özünü büruzə verib. Bu gün Azərbaycanın İpək Yolu istiqamətində bir koridor rolunu oynaması Çindən üzü bəri Avropaya aparıcı çıxış qapısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı bu əlaqələrin inkişafını daha da artıracaq. Azərbaycan regionda iqtisadi cəhətdən nəinki tranzit bir ölkə, həmçinin Orta Asiya və Kiçik Asiyanın stabilləşdirici faktoruna çevriləcək. Bu faktor da Azərbaycanın son illər apardığı xarici siyasətin bariz nümunəsidir”.
Adıgözəl Məmmədov dedi ki, Azərbaycandakı multikulturalizm ənənəsini nümunə kimi bütün dünyaya ürək genişliyi ilə göstəririk: “Azərbaycan multikulturalizmin beşiyi olduğuna görə təriqətlərarası və dinlərarası konfessiyaların tam vəhdət təşkil etdiyi və fəaliyyət göstərdiyi bir dövlətdir. Lakin son zamanlar dünyada, xüsusən Yaxın Şərqdə baş verən qarşıdurmalar bizim həm formalaşmış ənənələrimizə, həm də apardığımız siyasətə ziddir. Biz istəyirik ki, bütün bəşəriyyətdə Azərbaycandakı multikulturalizm ənənələri bərqərar olsun. Dinlərarası ümumi bir dialoq formasında dünyanın tərəqqi və inkişafı davam etsin”.
Onun sözlərinə görə, bu gün Azərbaycandan bəzi qüvvələr dolayı yollarla istifadə etməyə cəhd edirlər: “Əlbəttə ki, burda siyasi məqam və məqsədlər var. Bu məsələ müəyyən strateji məqsədlər güdən qüvvələrin qlobal siyasi ssenarilərinə uyğun baş verməsini istəmələridir. Amma Azərbaycan dövləti bu kimi qüvvələrə qarşı mübarizə aparacaq siyasi iradə və gücə malikdir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info