Dərmanların satışı tənzimlənmiş qiymətlər əsasında həyata keçirilir
Tarix: 16.01.2016 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Hökumətin bütün qurumları, o cümlədən hüquq-mühafizə orqanları öz funksiyalarına uyğun olaraq devalvasiya hadisəsindən sui-istifadə hallarının qarşını almaq üçün təcili tədbirlər görür və bu tədbirlər öz faydasını verməkdədir.
Lakin devalvasiya ilə bağlı yaranmış yeni situasiyadan təkcə ayrı-ayrı cinayətkar elementlər yox, təəssüf ki, həm də bəzi online media orqanları sui-istifadə etməyə cəhd göstərirlər. Ölkədə 20-yə yaxın “xəbər saytları” məlum vəziyyətdən sui-istifadə edərək yalan məlumatlar yayımlayır. Bununla da bir tərəfdən, əhali arasında çaşqınlıq yaratmaq, digər tərəfdən də bir sıra dövlət məmurları, şirkətlər və müəssisələr barəsində böhtanlar yazmaqla öz reketçilik fəaliyyətlərini daha da genişləndirmişlər. “Ənənəvi” olaraq ucuz “sensasiyaçılıq” yolu ilə böhtan, yanlış və qərəzli informasiyalar yayımlamağa alışmış və bu yolla öz çirkin niyyətlərinə nail olmağa çalışan bir sıra saytların səhifələrində şirkətimiz tərəfindən dərman preparatlarının qiymətlərinin qanuna zidd olaraq bahalaşdığını iddia edir, dövlət tərəfindən tənzimlənmiş qiymətlər əsasında vətəndaşların zəruri dərman preparatları ilə təmin olunması üçün bütün imkanlarını səfərbər etmiş şirkətimizin işgüzar nüfuzuna xələl gətirir, digər tərəfdən, ölkədə dərman preparatlarının qiymətlərinin tənzimlənməsini və dərman preparatlarının qanuna müvafiq şəkildə satışına nəzarəti həyata keçirən dövlət qurumlarının gərgin fəaliyyətinə kölgə salmağa cəhd göstərirlər.
Bütün bunları nəzərə alaraq bir daha bəyan edirik ki, “Avromed” şirkəti manatın məzənnəsinin dəyişməsi və ya digər hər hansı bir səbəbdən heç vaxt öz fəaliyyətini dayandırmayıb və hər bir şəraitdə fasiləsiz olaraq çalışmaqla ölkə ərazisində fəaliyyət göstərən bütün apteklərin yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə təmin olunmasını fasiləsiz olaraq davam etdirir. “Avromed” şirkəti tərəfindən apteklərə satılan dərman preparatları müvafiq dövlət qurumları tərəfindən tənzimlənmiş qiymətlər əsasında həyata keçirilir.
Əzizə Baxşiyeva
“Avromed” şirkətinin
baş direktoru




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info