Bakıda beynəlxalq vergi forumu
Tarix: 19.02.2013 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Dünən Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Əlaqələndirici Şəxslərinin 19-cu forumu öz işinə başlayıb.
Forumda 33 üzv ölkənin, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri və IOTA-nın prezidenti Samuel Tanner iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, İOTA vergi sahəsində təcrübə mübadiləsinin aparılması və uğurlu hesab edilən təcrübələr barədə ətraflı məlumatların əldə edilməsi baxımından üzv dövlətlər üçün əlverişli platforma rolunu oynayır.
Vergilər Nazirliyinin 2002-ci ildən etibarən İOTA-nın tamhüquqlu üzvü olduğunu bildirən S.Ələkbərov üzv ölkələrin vergi administrasiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb.
Nazir müavini Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, son 10 ildə ölkəmizdə ümumi daxili məhsulun 3 dəfə artdığını, qarşıdakı 10 ildə daha 2 dəfə artmasının proqnozlaşdırıldığını bildirib, belə sürətli iqtisadi inkişafın tələblərinə adekvat olan vergi inzibatçılığını təmin etmək üçün beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin faydalı olduğunu vurğulayıb.
IOTA-nın prezidenti Samuel Tanner Bakı Forumunun bu təşkilata üzv dövlətlərin təcrübə mübadiləsi sahəsində atılan növbəti praktik addımlardan biri olduğunu qeyd edib.
Sonra IOTA-nın plenar sessiyaları işə başlayıb.
Üç gün davam edəcək forumun gündəliyinə təşkilatın fəaliyyəti ilə bağlı bir sıra məsələlərin, o cümlədən 2012-2017-ci illər üçün strategiyanın həyata keçirilməsi mexanizmlərinin, vergi ödəyicilərinin inzibati yükünün azaldılması, onlara göstərilən xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, xərclərin azaldılması, üzv dövlətlərdə mütərəqqi informasiya texnologiyalarından geniş istifadə edilməsi, IOTA-nın nəşrlərinin səmərəliliyinin artırılması və s. məsələlərin müzakirəsi daxildir.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info