PA rəsmisi: “Dövlət tədbirlər görür”
Tarix: 18.01.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


“Dünyada illər öncə başlayan böhranı ölkəmiz 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı"

“Dünyada gedən qlobal proseslər Azərbaycandan da yan keçmir. Çünki Azərbaycan dünyanın tərkib hissəsidir. Çətinliklərin yaşanmasında təəccüblü hansısa məqam yoxdur”. Bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.
O bildirib ki, Azərbaycan dövləti ötən əsrin 90-cı illərin olduğundan qat-qat güclüdür: “O illərdən fərqli olaraq bu gün Azərbaycan xalqı daha mətindir. Dövlətlə xalqın əlbir olması çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Böhran təzahürlərinin aradan qaldırılması üçün dövlət tədbirlər görür. Sadəcə, bizi narahat edən məsələ ondan ibarətdir ki, Azərbaycanda gözü olan, Azərbaycanı öz yedəyində aparmağa çalışan xarici dairələr bu vəziyyətdən istifadə etməklə dəridən qabıqdan çıxır. Azərbaycandakı "5-ci kolon" da onların dəyirmanına su tökməklə xalqı çaşdırmaq, hüquqa zidd əməllərə yol verməklə, qarışıqlıq salmaq istəyir, yaranmış çətinliklərdən istifadə etməyə çalışır. Ziyalılar, ağsaqqallar bu məqamda öz kəsərli sözlərini deməlidirlər”.
Ə. Mehdiyev qeyd edib ki, Azərbaycana uzanan əllərin kəsiləcək, xarici dairələrin məqsədlərinə çatmasına imkan verilməyəcək: “Dünyada illər öncə başlayan iqtisadi böhranı Azərbaycan 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı. Azərbaycan bu problemlərə sinə gərərək, özünün iqtisadi potensialına güvənərək, bu böhranı dəf edə bilmişdi”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info