Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini prioritet elan edib
Tarix: 19.02.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


MDB üzvü olan ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Rusiya Federasiyasının xarici siyasətinin əsas regional prioritetlərdən biridir. Bu barədə Rusiya Prezidenti tərəfindən təsdiqlənmiş və bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası”nda deyilir. Konsepsiyada vurğulanır ki, Rusiya beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi ümumi təhdid və təhlükələrə birgə cavab da daxil olmaqla, MDB-nin üzvü olan ölkələrlə qarşılıqlı təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığı genişləndirməyə davam edəcək. Birinci dərəcəli vəzifə Əfqanıstan ərazisindən qaynaqlanan bu təhlükələri neytrallaşdırmaq, Orta Asiya və Zaqafqaziyada sabitliyin pozulmasına yol verməməkdir. Sənəddə bildirilir ki, Rusiya MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynamağa, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarda əksini tapmış prinsiplər əsasında həllinə dəstək verməyə davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info