Polşada “20 Yanvar”la əlaqəli elmi seminar keçirilib
Tarix: 18.01.2016 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti Sosial Və Humanitar Elmlər Institutu (QUSHEİ) Qarabağ Tədqiqatları Mərkəzi və Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən Vistula Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş “Dağlıq Qarabağın tarixinə ümumi baxış və Azərbaycanın mövqeyi” adlı tədbir təşkil edilib. Tədbirdə Vistula universitetinin akademik heyəti, Polşa Respublikasında fəaliyyət göstərən bir çox tədqiqat mərkəzləri nümayəndələri, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin müşaviri, Azərbaycan Respublikasının Polşadakı Diaspora təşkilatının nümayəndəsi və Vistula Universitetinin tələbələri iştirak ediblər.
Tədbirdə açılış nitqini söyləyən Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitunun direktoru Prof. Dr. Longin Pastusiak 1988-1994-cü illər arasında davam edən Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında ən qanlı münaqişələrdən biri olduğunu vurğulayıb, münaqişə nəticəsində təxminən 30.000 insanın həyatını itirdiyini, 1 milyondan çox Azərbaycanlının qaçqın və köçkün düşdüyünü və Azərbaycan Respublikasının 20 faiz ərazisinin ermənilər tərəfindən işğal olunduğunu qeyd edib. Açılış nitqindən sonra söz Qafqaz Universitetinin əməkdaşı Sənnur Əliyevə verilib. Öz çıxışı zamanı 20 Yanvar faciəsinin postsovet məkanında Sovet rəhbərliyi tərəfindən törədilən ən qanlı terror hadisələrindən biri olduğunu vurğulayan Sənnur Əliyev bu faciənin Azərbaycanın istiqlaliyəti yolunda bir dönüş nöqtəsi olduğunu söyləyib.
Sənnur Əliyevdən sonra söz Qafqaz Universiteti Sosial Və Humanitar Elmlər İnstitutu (QUSHEİ)-nin elmi işçisi, Almaniyanın Leipzig Universitetinin doktorantı və eyni zamanda QUSHEİ-in Almaniya təmsilcisi Şamxal Əbilova verilib. Çıxışının giriş hissəsində 20 Yanvar faciəsi ilə Dağlıq Qarabağ arasındakı əlaqəyə toxunan Şamxal Əbilov, daha sonra Çar Rusiyası zamanı ermənilərin İran və Osmanlı imperialarının ərazisindən Qarabağ bölgəsinə köçürülməsindən danışıb, Ermənilərin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olmamış və RK(b)P Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Stalin tərəfindən qanunsuz olaraq Azərbaycana verilib” kimi yalan iddialarının əksinə olaraq Azərbaycan Demokratik Respublikası (1918-1920) zamanı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması faktlarına toxunub və RK(b)P Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Qarabağın Azərbaycana qanunsuz olaraq verilmədiyini və bu qərarın daha əvvəl mövcud olmuş reallığı təsdiqləyərək Qarabağın Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət olaraq saxlanılması istiqamətində olduğunu vurğulamışdır. Çıxışının sonunda Şamxal Əbilov tədbir iştirakçılarının diqqətini “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ Qanununa çəkərək bu qanunun ermənilər tərəfindən Dağlıq Qarabağın Azərbaycan Respublikasından ayrılması istiqamətində hüquqi baza kimi istifadə edilməsinin həm Sovet Konstitusiyası həmdə həmin qanunun özü ilə ziddiyət təşkil etdiyini vurğulayıb.
Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxış iştirakçıların rəy və suallarından ibarət müzakirələrlə davam etmiş və sonda Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi tərəfindən 20 Yanvar faciəsi haqqında polyak dilində hazırlanmış bukletlər və Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitablar tədbir iştirakçılarına təqdim edilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info