Sumqayıt Kimya Sənaye Parkına 1,1 milyard dollar investisiya cəlb edilir
Tarix: 18.01.2016 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Sumqayıt Kimya Sənaye Parkının 4 rezidenti tərəfindən sənaye parkının ərazisində istehsal müəssisələrinin yaradılmasına 1 mlrd. dollardan çox investisiyanın yatırılması nəzərdə tutulur. Hazırda sənaye parkının rezidenti olan “Azertexnolayn” MMC-nin Polad Boru, Polietilen Məmulatları və Texniki Avadanlıqlar zavodlarında ildə 200 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, metal tökmə üsulu ilə hidrotexniki siyirtmələr, yanğın söndürmə hidrantları və lyüklar, 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. Bundan başqa, “Azertexnolayn” MMC tərəfindən Türkmənbaşı limanının tikintisi üçün Türkmənistana sıvay boruların satışı ilə bağlı ümumi dəyəri 40 mln. dollar, Türkmənistanda su borularının dəyişdirilməsi və yenilərinin çəkilməsi ilə əlaqədar 20 mln. dollar olan müqavilələr imzalanıb. Sənədə əsasən, il ərzində Türkmənistana 25 min ton su borusunun ixracı nəzərdə tutulur.
“SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkınında Kanadanın “LyondellBasell Varennes” texnologiyası əsasında 2018-ci ildən başlayaraq ildə 180 min ton polipropilen (PP) və Avstriyanın “Borealis Schwechat” texnologiyası əsasında ildə 120 min ton yüksək sıxlıqlı polietilen (HDPE) istehsal edəcək. İstehsal olunacaq xammal (PP və HDPE) yüzlərlə kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına və müxtəlif çeşiddə idxal əvəzedici məhsulların istehsalına təkan verəcək.
Sənaye Parkının digər rezidentləri olan “AzerFloat” QSC ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr, “Azerbaijan Fibro Cement” MMC isə ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edəcək.


İlkin





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info