“Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihəyə start verilib
Tarix: 18.01.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Bu ildən Azərbaycan İstiqlal Muzeyində “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihəyə start verilib. Azərbaycan – qəhrəmanlar yurdu, igidlər məskənidir. Torpaq onun uğrunda tökülən qanla müqqədəsləşir. Qanı torpağa tökülən igidlər də ən uca zirvəyə - şəhidlik zirvəsinə çatır. Xatirələrdə əbədiləşir, Vətən üçün, xalq üçün bir rəmzə çevrilir – qəhrəmanlıq rəmzinə. Adları Azərbaycanın qızıl tarixinə əbədi həkk olunan milli qəhrəmanların 196 nəfəri suverenliyimiz, dövlətçiliyimiz və torpaqların bütövlüyü uğrunda canlarını qurban verib və əbədiyyətə qovuşubdur, 15 nəfər müxtəlif vəzifələrdə çalışır, Vətən qarşısında öz borclarını yenə də şərəflə yerinə yetirirlər. Milli qəhrəmanlarımız arasında xüsusilə öz Vətənini sevən, mərd və cəsur 2 Azərbaycan qadınını: “Молодёжь Азербайджана” qəzetinin müxbiri, Qarabağ müharibəsi dövründə cəbhə bölgələsinə səfər edərək, operativ və obyektiv xəbər və reportajlar hazırlayaraq həmin dövrdə Azərbaycan həqiqətlərinin yayılması, Qarabağ müharibəsi haqqında həqiqətin üzə çıxmasnda böyük rolu olan Salatın Əsgərovanı və Turşsu, Şuşa, Laçın, Qubadlı və digər yerlərdə əsgərlərə tibbi yardım göstərib, onlarla insanın həyatını xilas edən Gültəkin Əsgərovanı qeyd etmək olar.
Azərbaycan İstiqlal Muzeyi tərəfindən hazırlanmış bu layihə məhz 211 Milli Qəhərmanın tanınmasına, onlar haqqında olan məmulatların yeniyetmə gənclərə çatdırılması üçün reallaşdırılır. Layihə çərçivəsində il ərzində muzey mütəmadi olaraq Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı orta məktəbdə və həmçinin Bakı şəhərində yerləşən digər məktəblərdə milli qəhrəmanlara həsr olunmuş silsilə tədbirlər keçirəcək və ilin sonunda muzeyimizdə yekun tədbir təşkil olunacaq.










 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info