Sumqayıt Kimya Sənaye Parkına 1,1 milyard dollar investisiya cəlb edilir
Tarix: 18.01.2016 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Sumqayıt Kimya Sənaye Parkının 4 rezidenti tərəfindən sənaye parkının ərazisində istehsal müəssisələrinin yaradılmasına 1 milyard dollardan çox investisiyanın yatırılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda sənaye parkının rezidenti olan “Azertexnolayn” MMC-nin Polad Boru, Polietilen Məmulatları və Texniki Avadanlıqlar zavodlarında ildə 200 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, metal tökmə üsulu ilə hidrotexniki siyirtmələr, yanğın söndürmə hidrantları və lyuklar, 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. Bundan başqa, “Azertexnolayn” MMC tərəfindən “Türkmənbaşı” limanının tikintisi üçün Türkmənistana svay boruların satışı ilə bağlı ümumi dəyəri 40 milyon dollar, Türkmənistanda su borularının dəyişdirilməsi və yenilərinin çəkilməsi ilə əlaqədar 20 milyon dollar olan müqavilələr imzalanıb. Sənədə əsasən, il ərzində Türkmənistana 25 min ton su borusunun ixracı nəzərdə tutulur.
“SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkında Kanadanın “LyondellBasell Varennes” texnologiyası əsasında 2018-ci ildən başlayaraq ildə 180 min ton polipropilen (PP) və Avstriyanın “Borealis Schwechat” texnologiyası əsasında ildə 120 min ton yüksək sıxlıqlı polietilen (HDPE) istehsal edəcək. İstehsal olunacaq xammal (PP və HDPE) yüzlərlə kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına və müxtəlif çeşiddə idxal əvəzedici məhsulların istehsalına təkan verəcək.
Sənaye Parkının digər rezidentləri olan “AzerFloat” QSC ildə 8 milyon kubmetr müxtəlif çeşiddə şüşə lövhələr, “Azerbaijan Fibro Cement” MMC isə ildə 6 milyon kubmetr fasad üçün düz lövhələr və dam örtükləri istehsal edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info