“Georgian Times”: “Avropa Saakaşvilini, Türkiyə isə İvanişvilini müdafiə edir”
Tarix: 19.02.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


“Georgian Times” qəzeti Avropa Xalq Partiyasının Gürcüstana səfəri barədə yazıb. Həmin məqaləni oxucularımıza təqdim edirik:
“Bu günlərdə nümayəndə heyəti ilə Gürcüstana səfər edən Avropa Xalq Partiyası növbəti dəfə Mixail Saakaşviliyə dəstək olub. Partiya nümayəndələri deyiblər ki, Gürcüstan Avropa İttifaqına daxil olmaq imkanlarını itirə bilər.
Gözlənildiyi kimi, öz növbəsində, Saakaşvili özü onların bəyanatına “gecikdirilmiş” reaksiya verdi.
“Bu günlərdə Avropa Parlamentinin ən böyük nümayəndə heyəti -Avropa Xalq Partiyası Tiflisdə olub və biz onların bəyanatlarını gördük. Onlar AP-də istənilən qərarı blok edə bilərlər və artıq onlar da bəyan ediblər ki, əgər belə davam edərsə, Gürcüstan Vilnüs sammitində assosiasiya haqqında müqaviləni ala bilməyəcək”, - deyə Saakaşvili əminliklə bildirib və əlavə edib ki, Gürcüstanın əvvəlki hökuməti bu məqsədlə intensiv işləyib və ölkəni nəzərdə tutulmuş hədəfə maksimum yaxınlaşdırıb.
“Avropa İttifaqı gördü ki, ölkəmiz çox şeyə nail olub və biz artıq Vilnüsdə üzvlük haqqında müqaviləni rəsmiləşdirməli idik. Lakin Gürcüstanda hadisələrin son inkişaf dönəmində, AXP-nin mövcud bəyanatına əsasən, bütün bu nailiyyətlər təhlükə altındadır, lakin illərlə qurduğumuz bir işin dağılması bizim üçün çox ağırdır”, - deyə Saakaşvili əlavə edib.
O, həmçinin, qeyd edib ki, belə bir vəziyyət nə iqtidarı, nə də müxalifəti sevindirə bilməz: “Əgər qatar bu dəfə yaxınlıqdan keçsə, onda növbəti bir neçə il ərzində daha o qatar görünməyəcək”.
Qeyd edək ki, Gürcüstanın əvvəlki hakim “Vahid Milli Hərəkat” partiyası AXP-nin üzvü olub və onlar hər zaman Saakaşvilinin siyasətini dəstəkləyiblər. Ona görə də, AXP-nin bəyanatını kolleqalarına dəstəkdən başqa bir şey adlandırmaq olmaz. Gürcüstanın NATO-ya qəbulu ilə bağlı məsələyə gəlincə qeyd edək ki, İvanişvilinin başçılığı ilə hökumət nümayəndələrinin Ankaraya səfəri zamanı əmin olduq ki, Türkiyə Gürcüstanın NATO-ya qəbulunu dəstəkləyir”.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info