Yumurtanın qiymətini qaldıranlar həbs edilib
Tarix: 18.01.2016 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Yumurtanın qiymətini qaldıran şirkət əməkdaşları həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığı yaradılması, inhisarçılıq və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə ardıcıl olaraq təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir. Belə ki, “Giləzi Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə direktoru Elçin Əliyev xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 60 qəpiyə qaldıraraq çox sayda təsərrüfat subyektlərinə və fiziki şəxslərə ümumilikdə 211 min 790 manat artıq qiymətə, “Hacıqabul Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri Amid Babaşov isə 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 50 qəpiyə qaldıraraq ümumilikdə 141 min 63 manat artıq qiymətə satışını apararaq həmin məhsulun ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan, “Giləzi Quşçuluq” MMC-nin direktoru Elvin Eminov, cəmiyyətin satış üzrə direktoru Elçin Əliyev və “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin satış üzrə meneceri Amid Babaşov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, E.Əliyev və A.Babaşov barəsində məhkəmənin qərarı ilə həbs, E.Eminov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info