Taekvondo millimizdən möhtəşəm qələbə
Tarix: 19.01.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Ölkəmiz ilk dəfə Yay Olimpiya Oyunlarında 4 idmançı ilə
iştirak edəcək


Taekvondo üzrə Azərbaycan yığması tarixi rekorda imza atıb. Ölkəmiz ilk dəfə Yay Olimpiya Oyunlarında maksimum sayda - 4 idmançı ilə iştirak edəcək. Belə ki, yığmamız bu hüquqa Türkiyədə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində imza atıb. Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Milad Beigi Harçeqani (+80 kq) İstanbulda bu uğuru finala yüksəlməklə əldə edib. Ardınca isə hər üç idmançımız həlledici qarşılaşmada da qalib gəlib. Azərbaycan yığmasının üzvü Milad Beigi Hərçəqanı latviyalı Yanus Kauneni (16:0), erməni idmançı Arman Yeremyanı (11:1) və yarımfinalda türkiyəli Yunus Sarını (10:1) böyük hesablarla məğlub edərək finala yüksəlib. İdmançımız finalda polşalı rəqibi Pyotr Pazinskiyə 14:2 hesabı ilə qalib gələrək turnirin qızıl medalını əldə edib. Patimat Abakarova isə hollandiyalı Dino Poriunes-Lanqerudidən (4:1), yunanıstanlı idmançı İoanna Kotsudan (5:1), yarımfinalda isə ukraynalı İrina Romaldanovadan (3:1) üstün olaraq finala adlayıb. P.Abakarova finalda serbiyalı idmançı Tiyana Boqdanoviçi (6:5) mübarizədən kənarlaşdıraraq yarışın qalibi olub. Avropa təsnifat turnirində hər çəki dərəcəsi üzrə finala yüksələn idmançılar Olimpiya Oyunlarına vəsiqəni təmin edirlər. Beləliklə, hər iki taekvondoçumuz Rio Olimpiadasında iştirak hüququ əldə ediblər. Bunadak daha bir idmançımız - Radik İsayev (+80 kq) lisenziyanı təmin etdiyindən Rioya yollanacaq taekvondoçularımızın sayı dördə çatıb. Dünya və Avropa çempionumuz buna reytinq xalına əsasən nail olmuşdu. Dördüncü dəfə Olimpiadada çıxış edəcək taekvondoçularımız əvvəlki 3 cəhddə ümumilikdə 5 dəfə medallar uğrunda mübarizə aparmışdı. Afina-2004 və London-2012-də 2 idmançımız tatami üzərinə çıxmışdısa, 2008-də 1 həmyerlimiz Olimpi fəth etməyə çalışmışdı. Bu il Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında isə birdən-birə 3 rekord müəyyənləşəcək. Birincisi, ilk dəfə olaraq, 4 taekvondoçumuz qalib adı uğrunda yarışacaq. İkinci rekord isə qadın yığmamıza aiddir. İndiyədək xanımlarımız heç vaxt 2 lisenziya qazanmamışdı. Ümumiyyətlə, zərif cinsin nümayəndələri yalnız 1 dəfə Olimpiadaya yollanmışdı ki, buna da 4 il öncə Fəridə Əzizova imza atmışdı. Elə üçüncü rekordun müəllifi də onun özüdür ki, 67 kq çəki dərəcəsindəki təmsilçimiz ikinci dəfə planetin ən mötəbər turnirinə yollanacaq. O bununla da hazırda Azərbaycan Taekvondo Federasiyasında vitse-prezident işləyən Rəşad Əhmədova çatıb. Taekvondoçularımızın növbəti rekordu isə 7 aydan sonra gerçəkləşdirə bilər. Əvvəlki yarışlarda ən yaxşı nəticəsi 4-cü yer olan idmançılarımız istənilən əyarlı medal qazanmaqla, ilki reallaşdıracaqlar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info