Ukrayna Avropada insan alverinin əsas mənbələrindən biridir
Tarix: 19.01.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Son dövrlər insan alveri dünyada geniş vüsət almaqdadır. Buna qarşı aparılan mübarizə hələ də ciddi effekt verməyib. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada 21 milyondan artıq insan məcburi əmək qurbanına çevrilib. Təbii ki, bu, rəsmi sənəd kimi təqdim edilsə də, reallığı o qədər də əks etdirmir. Bu hal inkişaf etmiş ölkələrdə belə, qeyri-leqal şəkildə də olsa, nəzərə çarpmaqdadır. Son statistik məlumatlara görə, Ukrayna Avropada insan alverinin əsas mənbələrindən biri olaraq qalır.
Bunu Beynəlxalq Miqrasiya Təşkilatının nəşr etdirdiyi məlumatlar da təsdiq edir. Belə ki, 1991-ci ildən bəri bu ölkədə 160 mindən artıq insan kölə, daxili orqan donoru kimi istismar edilib. Hazırda Ukrayna Sosial Siyasətlər Nazirliyi beynəlxalq qeyri-hökumət təşkilatlarının dəstəyi ilə ölkədə insan alverinə qarşı mübarizə məqsədilə beşillik fəaliyyət planı hazırlayır. Xatırladaq ki, Ukraynanın şərqində baş verən son olaylar bu ölkədə 1.5 milyon insanın öz doğma evlərindən didərgin düşməsi ilə sonuclanıb. Təbii ki, bu da dövlətin həmin insanlara olan nəzarətinin itirilməsi ilə başa çatıb. Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşı, ölkədə insan alverinə qarşı mübarizə proqramının həyata keçirilməsində məsul şəxslərdən biri olan Olqa Strelsovanın sözlərinə görə, Ukrayna münaqişəsi başlanandan bəri, bütün maliyyə mənbələri subsidiyalara, ordu və immiqrantlara dəstək üçün yönəldiyindən onların bu istiqamətdəki fəaliyyəti nəticəsiz olub. Yeni fəaliyyət planı üçün büdcədən ayrılan vəsaitin 2013-2015-ci illərlə müqayisədə 30% azaldığını bildirən Strelsova bu istiqamətdəki fəaliyyət üçün xarici sponsorların maliyyə yardımlarının ümidinə qaldıqlarını etiraf edib. Ukraynada fəaliyyətdə olan «La Strada-Ukraina» qeyri-hökumət təşkilatının sosial proqramlar üzrə rəhbəri Tatyana Tatureviç də maliyyə məsələsinin Ukrayna dövləti üçün böyük problem olduğunu bildirib: “Adətən biz insan alveri barədə danışarkən, bir çoxu bunu cəmiyyət üçün o qədər də böyük problem kimi qəbul etmir. Onlar bunu pulsuzluq və ölkədə gedən müharibə ilə əlaqələndirirlər. Ukrayna hökuməti beynəlxalq tələblərə uyğun islahatların həyata keçirilməsinə söz verməsinə baxmayaraq, hələ ki, bu məsələ öz həllini tapmayıb”. Beynəlxalq Miqrasiya Təşkilatının insan alverinə qarşı mübarizə üzrə koordinatoru Anna Antonova isə hökumətin vətəndaş cəmiyyətinə yardım üçün milli istiqamətləndirmə mexanizmini təmin etməməkdə günahlandırıb. Onun sözlərinə görə, ölkənin bu istiqamətdəki addımları həmişə uğursuz olub. Tatureviç son dörd il ərzində Beynəlxalq Miqrasiya Təşkilatının yardımı ilə insan alveri qurbanlarının sayının bir qədər azaldığını bildirsə də, bunun Ukrayna hökumətindən fərqli olaraq, daha çox qeyri-hökumət təşkilatlarının fəaliyyəti nəticəsində mümkün olduğunu deyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info